news-inner
clock14:54 calendar-gray 04 Noyabr 2019 view-gray673 dəfə oxunub
view-gray673 dəfə oxunub

Mingəçevirdə Adil Cəmilin yubileyi qeyd olundu - Fotolar

Mingəçevirdə görkəmli şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmilin anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin təçkilatçılığı, şəhər İcra Hakimiyyətinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Biliyinin dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında düzənlənən tədbirin aparıcısı-AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə gecəyə şeirlə start verib:

Bir həzin nəğmədir Araz da, Kür də
Heç vaxt geri dönməz bu çağlar bir də.
A dostlar, bu axşam Mingəçevirdə
Nə çəmənə, nə də bağa gəlmişik.

Bitib tükənməzdir sevgisi elin,
Səsi-sorağı var hər ötən ilin.
Şairlər şairi Adil Cəmilin
Sənətindən söz açmağa gəlmişik –
Misra-misra saflaşmağa gəlmişik.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Elşən Əzim yubiliyarın vətən sevgisi, Qarabağ göynərtisi və əzəli-əbədi məhəbbətdən bəhs edən şeirləri barədə danışandan sonra, rəhbərlik etdiyi 35 saylı Kəlbəcər rayon köçkün orta məktəbin bir neçə şagirdi Adil Cəmilin düşmən tapdağı altda qalan torpaqlarımızın harayını əks etdirən şeirlərini əzbər söyləyiblər.

Yubiliyarla birlikdə paytaxt Bakıdan gəlib yubiley şənliyinə qatılan məşhur ədəbiyyatşünas alim, professor Şirindil Alışanlı Adil Cəmilin ədəbi yaradıcılığından bəhs edən çıxışı ilə hamıya unudulmaz anlar bəxş edib.


Tədbirin ayrı-ayrı məqamlarında yubiliyar şairin “O gün”, “Duz həqiqəti” və “Qürbət qiyaməti” adlı şeirlərini obrazlı şəkildə canlandıran MDDT-nın aktyorları-respublikanın xalq artisti Ella Yaqubova, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Paşa Salmanov, Turqut Məsimli və musiqi hissə müdiri Elnur Rəsulov tamaşaçıların alqışlarına layiq görüldülər.


Bölgədə və onun hüdudlarından uzaqlarda tanınan Aşıq Dumanın ifasının ardıncayerli İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev şəhər rəhbəri İlham İsmayılovun təbrik və xeyir-dualarından söz açandan sonra AYB Mingəçevir bölməsinin hədiyyələrini - fəxri fərman və şairinportretini yubiliyara təqdim etdi.


“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov təmsilçisi olduğu təşkilat rəhbərliyinin yubiliyara ünvanlanmış məktubunu oxuyandan sonra özünün də xoş arzularını da dilə gətirdi.


Yubiley gecəsinə qonaq qismində qatılan tanınmış şair Mirsəyyaf Zamanlı Adil Cəmili çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi dəyərləndirib, çıxışını bir şeirini söyləməklə tamamladı.


İndiki günlərdə ulu aşıq sənətinin görkəmli nümayəndəsi Ədalət Dəlidağlı isə alqışlara layiq görülən bənzərsiz ifaları ilə sözlü-nəğməli yubiley gecəsinə sözün əsl mənasında öz “damğasını” vurdu.


Şairin illər öncəsi məzunu olduğu şəhər 9 saylı məktəbin və 11 saylı tədris ocağının şagirdləri Adil müəllimin insanlara, o cümlədən gənc nəslə vətən sevgisi aşılayan şeirlərindən nümunələr söyləyəndən sonra, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri-şair Fəxrəddin Əsəd istedadlı həmkarının söz sənətinin yüksək dəyər kəsb etdiyini vurğulamaqla, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.


Vaxtıyla Adil Cəmillə birlikdə şəhərin 9 saylı orta məktəbində oxuduğunu fərəh hissiylə bildirən Rizvan Mikayıllı, yerli yazarlardan AYB üzvləri Nəsib Bayramoğlu, Zümrüd Rəhimova və Mingəçevir Turizm Kollecinin istedlı qələm sahibi kimi tanınan müəllimi Əşrəf Əsgərov da çıxış edərkən yubiliyar sənətkarın bəşəri və milli-mənəvi dəyərlərə söykənməklə insanlara nəcib hisslər aşılayan poeziyasının təsir gücündən və ona yönəlik oxucu sevgisindən söz açdılar. İstedadlı gənc şair, Prezident mükafatçısı Səxavət Kəlbəcərli isə özünün qələmə aldığı yeni şeirlərindən birini söyləməklə hamını məmnun etdi.


Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Flora Namazova AdilCəmillə eyni gündə və eyni məkanda çeşidli mövzularda müdafiə etdikləri elmi işlərlə alim titulu qazandıqlarını fərəh hissiylə dilə gətirib, türk dilli xalqlardan olan qırğızlara məxsus “Manas” dastanının ölkəmizdə ilk tərcüməçisi və tədqiqatçısı olan həmkarını həm peşəkar qələm sahibi, həm də istedadlı alim kimi dəyərləndirdi.

Mingəçevirdə hamının saz havalarının mahir ifaçıları kimi tanıdığı Aşıq Qoşqarın və Aşıq Hikmətin balabançı Fərəcin müşaiyəti ilə Adil Cəmilin şeirləri əsasında təqdim etdikləri mahnılardan sonra, yubiliyar şairin qohumları adından çıxış edən Hacı Sərdar Xankişiyev sevinc hissini hamı ilə bölüşdü.

Sonda yubiliyarın özü çıxış edərək sazlı-sözlü gecənin təşkilatçısı olan AYB-nin Mingəçevir bölməsinə, şəhər İcra Hakimiyyəti və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin rəhbərliklərinə minnətdarlığını bildirməklə, tədbirə qatılan və ünvanına xoş sözlər deyən hər bir kəsə təşəkkür edib, bir neçə şerini oxudu. Və tədbir öncəsi sərgidə nümayiş etdirilən kitablarını avtoqrafla oxuculara bağışlayıb, onlarla birlikdə xatirə şəkilləri çəkdirdi.


Yaxın-uzaq ellərdə görkəmli şair-publisist, tərcüməçi və məhsuldar alim kimi tanınan Adil Cəmilin sənətini yüksək dəyərləndirən sənətsevərlərin qəlbində yubiley geçəsi al-əlvan çalarları ilə şirin xatirələrə çevrilib, yaddaşlarda iz saldı.

Cabir Qədimov

news-inner-user

16531 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız - Ayxan Ayvaz yazır
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020
Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib
14:25 24 Sentyabr 2020
Bu məşhurların övladları ali məktəbə qəbul olundu - Siyahı
14:06 24 Sentyabr 2020
Ebru Gündeşin atası vəfat etdi
13:12 24 Sentyabr 2020
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar
12:30 24 Sentyabr 2020
Sənə saxladığım duzlu öpüşlər... - Şeir
12:11 24 Sentyabr 2020
Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
11:30 24 Sentyabr 2020
Universitet müəllimimə yazdığım sevgi məktubu
10:52 24 Sentyabr 2020
Məşhur müğənni vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020