Bakıda məşhur fotoqrafın sərgisi açılır

Bakıda məşhur fotoqrafın sərgisi açılır
5 noyabr 2019
# 15:41

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılacaq.

Bakıda ilk dəfə keçiriləcək sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim ediləcək.

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunacaq.

Ekspozisiyada Yakov Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alacaq. Sərgidə Yakov Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1”Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Yakov Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alacaq. Eyni zamanda, fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim ediləcək.

Sərgi 2020-ci il martın 29-dək davam edəcək. /azertag.az/

# 3494 dəfə oxunub

Oxşar xəbərlər

Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

10:55 3 noyabr 2026
Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

10:40 3 noyabr 2026
Castin Timberleykdən yeni sənədli film layihəsi

Castin Timberleykdən yeni sənədli film layihəsi

10:20 3 noyabr 2026
Bağdadda qədim dövrə aid çörək və  pivə istehsalı sahələri aşkarlandı

Bağdadda qədim dövrə aid çörək və pivə istehsalı sahələri aşkarlandı

10:00 3 noyabr 2026
Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər