“Milli azlıqların bədii yaradıcılıq antologiyası” Qəbələdə

 “Milli azlıqların bədii yaradıcılıq antologiyası” Qəbələdə
28 oktyabr 2019
# 15:02

Ötən həftə Qəbələ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycanda yaşayan milli azlıqların söz yaradıcılıqları” layihəsi çərçivəsində çap olunmuş “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü açan AYF-nin Təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov tədbir iştirakçılarını salamlayaraq çap olunmuş kitab barədə oxuculara məlumat verib. O, 2014-cü ildə ölkə başçısının sərəncamı əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və qarşıya qoyulan hədəflər barədə iştirakçıları məlumatlandırıb. Mərkəzin Himayəçilər şurasının sədri Kamal Abdullayevin və icraçı direktoru Rəvan Həsənovun Azərbaycan multikulturalizm modelinin xaricdə təbliği yolunda gördüyü işlərdən, qazanılan uğurlardan və qarşıda duran məsələlər barədə məlumat verib.

Daha sonra AYF-nin sədr müavini Rafiq Kaşanlı Azərbaycanda yaşayan azsaylı xalqların tarixi, mədəniyyəti, ədəbiyyatı, dini mənsubiyyəti barədə geniş çıxış edib. O, Azərbaycanda multikulturalizmin banisi Ümummilli lider Heydər Əliyevin bu sahəyə olan böyük diqqətindən və onun bu siyasətinin cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyindən bəhs edib.

Antologiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda F.Cəfərov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasına, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Qəbələ rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir.

# 2648 dəfə oxunub

Oxşar xəbərlər

Qədim gil tabletlər İraqa qaytarıldı

Qədim gil tabletlər İraqa qaytarıldı

18:20 30 iyun 2025
Sezen Aksu Süni İntellektlə  klip çəkdirdi

Sezen Aksu Süni İntellektlə klip çəkdirdi

18:00 30 iyun 2025
Elariz Məmmədoğlunun qızı  həyat yoldaşının məhkəməsində ifadə verdi

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

16:15 30 iyun 2025
“Aktyorluğu öyrən”  layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

“Aktyorluğu öyrən” layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

16:10 30 iyun 2025
“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

16:05 30 iyun 2025
"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

15:13 30 iyun 2025
# # #