Nəsiminin 650 illiyi UNESKO-da qeyd olunub

Nəsiminin 650 illiyi UNESKO-da qeyd olunub
17 oktyabr 2019
# 12:50

Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Nəsimi dühasından söz açıblar. İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerindən danışılıb. Bildirilib ki, İmadəddin Nəsimi dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurub.

Səfir Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini və bununla əlaqədar ölkə daxilində və xaricdə elmi, ədəbi və mədəniyyət tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağac əkiləcək. O, Nəsiminin Azərbaycan ədəbi mühitinin zənginləşməsində rolunu qeyd edərək, ideya və görüşlərinin dünya ədəbiyyatına təsirindən söz açıb. Mədəni müxtəlifliyə, humanist ideyaların təşviqinə töhfələrindən danışıb.

UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone Nəsimi yaradıcılığına toxunaraq onun humanist dəyərlərin inkişafına əhəmiyyətli təsir göstərməsindən söz açıb. Qeyd edilib ki, anım tədbirləri UNESKO-nun qarşılıqlı anlaşma, dözümlülük və sülh mədəniyyətinin təbliği missiyasına öz töhfəsini verəcək.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Nəsimi yaradıcılığından bəhs edib. Ölkəmizdə və onun hüdudlarından kənarda Nəsiminin həyat və yaradıcılığına dair elmi-tədqiqat işlərinin aparılmasından, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalından danışaraq 2017-ci ildə UNESKO-nun baş qərargahında Nəsiminin ölümünün 600 illiyi münasibətilə anım tədbirinin keçirilməsini xatırladıb.

Almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Nəsimi yaradıcılığının müxtəlif cəhətlərini diqqətə çatdıraraq, onun Qərb oxucusu üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Nəsimi yaradıcılığı ədəbi xəzinədir. Mixael Hess dərin fəlsəfi fikirləri Nəsiminin oxucuya sadə dillə çatdırdığını vurğulayıb, şairin təkcə dövrünün ziyalıları, mütəfəkkirləri tərəfindən deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda olduğunu söyləyib. Böyük şairin bir çox dərin mətləbləri metaforalarla qələmə aldığını qeyd edib.

Sonra Azərbaycan incəsənət nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri konsert-tamaşa nümayiş olunub. Xalq artisti, xanəndə Teyyub Aslanov və Əməkdar artist Sevda Ələkbərzadənin Nəsiminin şeir və qəzəllərini muğam və müasir musiqi janrında ifaları, eləcə də Dövlət Pantomima Teatrı aktyorlarının perfomansı alqışlarla qarşılanıb. /azertag.az/

# 4429 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər