“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi davam edir

“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi davam edir
17 oktyabr 2019
# 14:17

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb.

Sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir. 1900-1940-сı illər Azərbaycan tarixində siyasi, mədəni və sosial-iqtisadi cəhətdən zəngin etap kimi qalıb. Mürəkkəb geosiyasi mövqeyə malik Azərbaycanda gərgin siyasi mühit cəmiyyətin bütün sahələrinə təsirini göstərirdi. Əsrin əvvəlindən başlayan ictimai-siyasi proseslərin dərinləşməsi, 20-ci illərdən başlayaraq isə sovet rejiminin sosial idealizm nəzəriyyəsi dövlətçilik, milli demokratik və pantürkist simpatiyaları ilə gizli mübarizə aparırdı. Bu hadisələr fonunda ölkədə təsviri incəsənət ən mühüm və həlledici dövrünü yaşadı. Nəticədə incəsənət sahəsində forma və mövzular dəyişir, onun yeni növ və janrları yaranır. Ədəbiyyat və publisistika sahələrində cəmiyyətdə baş verən cüzi dəyişiklər əks-səda doğurur, zamanının aktual mövzularına dair şeir, poema, pyes və məqalələr yazılır. XX əsrə qədər mövcud olmuş dekorativ səciyyəli təsviri sənət indi realist məktəbinin ənənələri ilə yenilənir. Sovet rejiminin qurulmasından sonra rus rəssamlıq məktəbinin təhsili sayəsində qısa müddət ərzində Azərbaycan rəssamları səthi təsvirdən həcmliyə keçid edirlər. Yeni özünüifadə vasitələrinə yiyələndikcə, rəssamların müraciət etdikləri mövzuların dairəsi də dəyişir. Tərtibatçılıqdan sənədləşdirmə və süjet xəttinə keçid alaraq, yeni əsrin əsərləri tarixi əhəmiyyət kəsb edirlər. Burada milli mənsubiyyət, milli identifikasiya məzmunları əks olunur, cəmiyyətin inkişaf etməməsi və savadsızlığı kimi satirik forma ilə vurğulanır. Qadın azadlığı mövzusu xüsusi yer tutaraq, təsviri incəsənət və ədəbiyyatda milli ruhlu şeir və məqalələrlə birlikdə toxunulan mövzuya çevrilir.

Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov və şair(ə)lər Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiqin və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub.

Sərgini Goethe Zentrum-un “YARAT” Müasir İncəsənət Məkanına hədiyyə verilmiş və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) tərəfindən yaradılmış “Villa Petrolia” instalyasiyasının açılışı müşayiət edib. “Villa Petrolia” əsəri rəssamın araşdırmalarına əsaslanıb və məşhur malikanənin şərəfinə adlandırılıb. Bu instalyasiyada Bakı neft bumu dövründə tikilmiş qüllədən ibarətdir və onun içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq, rəssam tərəfindən toplanmış posterlər və video nümayiş olunur.

Sərginin kuratorları Suad Qarayeva-Maleki və Fərəh Ələkbərlidir. /azertag.az/

# 3862 dəfə oxunub

Oxşar xəbərlər

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər