Müşfiq Dilbəri ilk dəfə harda gördü, necə sevdi?

Müşfiq Dilbəri ilk dəfə harda gördü, necə sevdi?
5 iyun 2021
# 12:58

Bu gün Mikayıl Müşfiqin anadan olmasının 113 ili tamam olur. Kulis.az bu münasibətlə Dilbər Axundzadənin “Müşfiqli günlər” kitabından Müşfiqlə bağlı maraqlı bir xatirəni təqdim edir.

1931-ci ilin bahar fəslinin son ayı idi. Məktəbdən yenicə gəlmişdim. Birdən qapı açıldı. əmim arvadı Fəramuş sevincək içəri girdi:

- Həcər, Dilbər, tez olun, yığışın gedirik!

- Nə var ay bacı? Bizi hara aparırsan? – Deyə Həcər soruşdu.

- APİ-yə, bu axşam institutu qurtarmağımız münasibətiylə buraxılış gecəsi olacaq. Getmək istəmirsiniz?

Bu xəbər bizi çox sevindirdi.

- Niyə istəmirik? – dedik.

Tələsik geyinib instituta yollandıq.

Biz salona daxil olanda böyük canlanma var idi. Yığıncağın başlanmasına az qalırdı. Yoldaşlarımızın sevincinin həddi yox idi. Niyə də sevinməyəydilər! Axı bu gün dörd il qoynunda təlim-tərbiyə aldıqları doğma institutu bitirir, öz arzularının yeni pilləsinə qədəm qoyurdular.

Biz müsamirənin başlamağına hələ bir qədər qaldığını görüb foyedə gəzinməyə başladıq. Pəncərənin qabağında bir gənc dayanıb söhbət edirdi. Onların yanından ötəndə ortaboylu, enlikürək, qaragöz, qaraqaş, iti baxışlı bir gənc yoldaşlarından ayrılıb bizə tərəf gəldi. Əmim arvadı bu gənclə çox səmimi görüşdü və onu bizə təqdim etdi:

- Tanış olun, tələbə yoldaşım Mikayıl Müşfiqdir.

Ona isə:

- Bu mənim bacım Həcər, bu da qaynım qızı Dilbərdir – dedi.

Mən Müşfiqin adını eşitmişdim, ancaq onunla bu gün şəxsən tanış olurdum.

Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara telləri tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil bugünkü təntənə onu sevindirmirdi. Bunu hiss edən Fəramuş:

- Gözümə birtəhər dəyirsən, Müşfiq! Olmaya institutu bitirməyimizə sevinmirsən? – deyib onunla zarafat elədi. Müşfiq:

- Yox, Fəramuş bacı, tələbəlik illərinin belə tez başa çatdığına heyfslənirəm, - dedi. Bir anlıq sükutdan sonra əlavə etdi: - Çox şadam ki, sizin ailə üzvlərinizlə tanış oldum. Bəs İdris müəllim necədir, niyə gəlməyib? Əmim arvadı əmimin axşam dərsi olduğunu söylədi.

Image result for Müşfiq ve dilbər

Biz Müşfiqi ali məktəbi bitirməsi münasibətiylə təbrik etdik.

- Çox sağ olun, arzu edirəm ki, siz də bütün diləklərinizə qovuşasınız, - dedi.

Sonra mənə məlum oldu ki, Müşfiq, əmim İdris Axundzadənin dostu imiş.

***

İstirahət axşamlarının birində texnikuma gedirdim. Kommunist küçəsində, təsadüfən Müşfiqlə rastlaşdım. O, məni görcək ayaq saxlayıb salam verdi. Bu təsadüfi görüşdən onun sevindiyi açıq aşkar hiss olunurdu. Mən özümü itirdim. Müşfiq gülümsünüb mehriban səslə:

- Nə xoş təsadüf... Hara gedirsən, Dilbər? – deyə soruşdu.

- Texnikuma...

Mənim həyəcanlandığım Müşfiqin gözündən qaçmadı.

- Niyə tutuldun, Dilbər? Yoxsa...

- Heç...

O, məni anladı və söhbəti dəyişdi:

- Məni unutmamışdın ki?

Birdən-birə mənə qəribə bir cürət gəldi:

- Sizi heç unutmaq olar?! – dedim – Siz yadıma düşəndə “Küləklər”ə qoşuluram. Sizin bir neçə şeirinizi əzbərdən bilirəm.

Müşfiqin üzü səadət nuruna boyandı.

Heç güman etməzdim şeirə vurulduğunu

Yaxşı ki, öz dilindən söylədin bunu.

Müşfiqin bir anlıq sevincinin şeirə çevrilməsi xoşuma gəldi. O, bunu hiss edib dedi:

- Madam ki, mənim şeirlərimi sevirsən, onda izin ver, ilk yazılarımı sənə oxuyum.

Mən susdum. Müşfiq yenə söhbəti dəyişdi:

- İcazə ver, səni məktəbəcən ötürüm. Orada mənim də dostlarım, tanışlarım var: şair Əli Nəzminin qızı Pirayə, Ziba, Münəvvər...

- Onlar mənim rəfiqələrimdir dedim, - dedim.

- Lap yaxşı, bir yerdə gedərik, mən də onları görərəm.

- Yox, çox sağ olun, özüm tək gedəcəyəm, siz də başqa bir vaxt özünüz gələrsiniz...

Müşfiq üz vurmadı.

- Nə deyirəm. Elə isə məndən qızlara salam de!

İlk dəfə evdən pedtexnikuma qəribə duyğularla, qeyri-adi hisslərlə qayıtdım.

# 13523 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər