Elton Con: “Maykl Cekson psixi xəstəydi”

Elton Con: “Maykl Cekson psixi xəstəydi”
14 oktyabr 2019
# 10:31

Elton Con Maykl Ceksonu psixi xəstə adlandırıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur britanliyalı müğənni və bəstəkar Elton Con özünün yeni kitabında Maykl Cekson haqqında qeyri-adi fikirlər yazıb.

“Mən” adlanan avtobioqrafik roman oktyabrın 15-i işıq üzü görəcək. Romanda Elton Con öz kariyerası haqda söhbət açır.

“Mən Mayklı 13 yaxud 14 yaşından tanıyıram... O, xəyal edə bilməyəcəyiniz qədər sehrli uşaq idi. Hansısa bir vaxt isə... Maykl dünyadan, reallıqlardan qopdu, uzaq düşdü... Eynən Elvis Presli kimi...” – Elton Con kitabında yazır.

E.Con hətta Maykl Ceksonun son illərdə qəbul etdiyi dərmanlar ucbatından ağlını itirdiyini də qeyd edib:

“O, həqiqətən də psixi xəstəydi, ağlı özündə deyildi, qorxunc görünürdü...”

# 4135 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər