news-inner
clock09:00 calendar-gray 10 Oktyabr 2019 view-gray767 dəfə oxunub
view-gray767 dəfə oxunub

“Gəldim, gördüm, evimizi dağıdıblar”

Kulis.az “Yeni filmlərimiz” layihəsində DokuBaku Beynəlxalq Sənədli Film Festivalında nümayiş olunan “Məhəllə” və “Salaamı xilas edin” filmlərini təqdim edir.

Hər iki film festival çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında nümayiş olundu.

Amerikadan olan rejissor Maykl Reybernin “Məhəllə” filmi Bakının mərkəzi qəsəbələrinin birində yerləşmiş, artıq tarixə qovuşmaqda olan Sovetski haqdadır. Rejissor bu məhəllənin söküntüsü zamanı baş verənləri ekrana gətirməyə, çəkdiyi materiallardan dramatik, nostalji ovqatlı əhvalat yaratmağa çalışır. O, məhəllənin müxtəlif sakinlərinin kollajını qurur: baxışlarını kameradan yayındırmağa çalışan dönərxana satıcıları, samovar qaynadan cavanlar, burada doğulan, yaşı 80-i keçən qoca bərbər, nərd oynayan orta yaşlı kişilər, onlara tuşlanan kameranı qeyri-ciddiyə alan, hırıldayan Sovetski yeniyetmələri...

Hiss olunur ki, amerikalı rejissor, qocaman binaların yerləşdiyi Sovetski məhəlləsinin sökülmə prosesindən, yuxarıda dediyim kimi dramatik intonasiyada əhvalat çəkmək niyyətində olub. Və qısa filmində evləri dağıdılmış, burdan köçmək istəməyən adamların reaksiyasını, tarixçəsini təsvir etmək istəyib. Ancaq müəllif sadəcə, bu söküntüyə səthi baxıb. Daha dəqiq desəm, onu kino estetikasında yox, sadəcə nizamsız, dramaturji ardıcıllığı olmayan, alayarımçıq, pinti reportaj səviyyəsində işləyib. Maykı Reynber, sənədli kinonun tələb etdiyi kimi görünməyənləri yox, əksinə bizə görünənləri göstərir və ya illüsturasiya edir. Elə epizodlar var ki, əhvalat üçün münbit material ola bilərdi. Bir epizodda qadın səsi eşidilir: “evdə yoxuydum, gəldim gördüm ki, hamısını dağıdıblar”. Özlüyündə dramatizm daşıyan bu kimi epizodlara ötəri vurğu edir, halbuki, onları daha dərindən işləmək olardı. Sovetskinin sökülən kasıb daxmalarının fonunda, ucalan nəhəng binalar, sahibsiz itlərin xarabalığa çevrilmiş məhəllədə məyusluqla sülənməsi, sakinlərin qaladığı ocağın sanki atılan təmtəraqlı fişənglərin gurultusundan dağılması, doğulandan burada yaşayan qoca bərbərin kövrək xatirələri kimi maraqlı epizodlar da dramaturgiyanın olmaması səbəbindən emosional energetikasını itirir. Sovetskinin köhnə-kürüş, çirkli küçələrində bir gəncin ritmik musiqinin müşayiəti ilə uzun planda breyk dans nümayişinin məntiqi bilinmir.

Festivalda nümayiş olunan digər film isə Orxan Adıgözəlin “Salaamı xilas edin” sənədli filmi "Salaam Cinema Baku” kinotetarının səlahiyyətli nümayəndəsi Leyli Qafarovanın gənclərə binanı qorumaq çağırışı və amerikalı yazıçı Con Apdaykdan sitatla başlayır: “Kinoteatr mənim mənəvi həyatımda kilsədən daha böyük rol oynayıb. Məşhur və uğurlu ideyalarımın hamısı böyük ekrandan qaynaqlanır”

(Qeyd: "Malakanların evi” kimi tanınan binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Bu ilin mayın əvvəlində mülkün sahibi binanın sökülməsini istəsə də, kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Ölkənin birinci vitse-prezident hadisəni nəzarətə götürəndən sonra məsələ gənclərin xeyrinə həll olundu və “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salındı).

O.Adıgözəlin çəkiliş apardığı gün bir fransız rejissoru Avropa Birliyi Tolerantlıq Festivalı çərçivəsində filmini göstərməliydi. Amma işıqlar kəsilir və onun filmi yarımçıq kəsilir. Sonra gənclərlə binanı sökmək istəyən şəxsin nümayəndələri arasında mübahisə həm dialoq, həm də fiziki səviyyədə gedir. Orxanın filmi mənə görə, fərqli nəsillərin, fərqli dünyagörüşlərinin qarşıdurmasının təsviridir. Gənclərin etiraz prosesinə hazırlaşması, onu realizə etməsi, kinoteatrı qorumaları, özəlliklə də final səhnələrdən birində, bir gəncin 68-ci il Fransadakı may hadisələrinin şüarlarını xatrıladan “Yalnız bu gün hərəkət elə, sabah zad yoxdu” çağırışı çağdaş gəncliyinin manifesti kimi səslənir. Amma filmin bəzi məqamlarındakı qüsurlar, onun eyni zamanda kinematoqrafik mənada manifest forması almasın mane olub. Misalçün, binaya görə mübarizə aparan gənclərin dövlətin müdaxiləsi ilə qalib gəlməsi faktını müəllif ancaq kadrarxası, müxtəlif, adkevat olmayan görüntülərlə traktovka edir. Amma arzuolunan idi ki, rejissor öz protestini dolğun, vurucu vizual həllə ifadə edəydi...

Orxan Adıgözəlin “Salaamı xilas edin” filmi festivalda münsiflər heyətinin fəxri mükafatı ilə mükafatlandırılıb.

news-inner-user
Sevda Sultanova

739 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Məmməd Arazın xatirəsi anılıb
19:08 14 Oktyabr 2019
Azərbaycana oğurluğa gələn avropalılar – Mehman Qaraxanoğlu yazır...
18:30 14 Oktyabr 2019
Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri
17:42 14 Oktyabr 2019
Xalq artisti əməliyyat olunub
17:07 14 Oktyabr 2019
Kulisin əməkdaşları mükafatlandırıldı
16:21 14 Oktyabr 2019
Alim-filoloq: “Nəsiminin bu portreti haqda fikir bildirin...” – Foto
15:51 14 Oktyabr 2019
Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib
15:04 14 Oktyabr 2019
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi
14:31 14 Oktyabr 2019
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - Fotolar
13:50 14 Oktyabr 2019
Bukerin qalibi bu gecə açıqlanacaq
13:03 14 Oktyabr 2019
Yarışmanın 20-liyi açıqlandı - Siyahı
12:21 14 Oktyabr 2019
Nobelli yazıçı ilə bağlı qeyri-adi qərar
11:45 14 Oktyabr 2019
Namusunu tükdən asmış bığlı qızlar
11:20 14 Oktyabr 2019
Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
10:47 14 Oktyabr 2019
Elton Con: “Maykl Cekson psixi xəstəydi”
10:31 14 Oktyabr 2019
Yenə payız səhəri – Yeni şeir
10:02 14 Oktyabr 2019
Zərli şüşəciklər, qırılmış ürəklər və boş qalmış gündəlik - Elinanın otağından reportaj - İlk dəfə
09:00 14 Oktyabr 2019
Vasim Məmmədəliyev vəfat etdi
23:22 13 Oktyabr 2019
Oğuz Atayın atasına məktubu: “Heç roman oxumadın”
17:01 12 Oktyabr 2019
Pərdə - Hekayə
16:00 12 Oktyabr 2019