"Ədəbiyyat Şəhriyarı nəzir verdi" - Ateistlər məsciddəki kitab təqdimatından danışdı

"Ədəbiyyat Şəhriyarı nəzir verdi" - Ateistlər məsciddəki kitab təqdimatından danışdı
7 oktyabr 2019
# 15:45

Tanınmış şair Şəhriyar Del Gerani bu yaxınlarda məsciddə kitab təqdimatı keçirməsi birmənalı qarşılanmayıb. Bu təqdimat sosial şəbəklərdə müzakirələrə səbəb olub, bəziləri bu aksiyanı tənqid edib, bəziləri isə təqdir.

Bəs görəsən, ateist dünya görüşündə olanlar necə düşünür? Məsciddə kitab təqdimatı keçirmək olarmı, yoxsa məscidin öz yerimi var?

Vüsal Məmmədov:

Jurnalist

Image result for vüsal məmmədov

- Məncə, məscidin maraqları baxımından bu, çox uğurlu addımdır. Kitabın baxımından isə o qədər də əmin deyiləm. Yəni bu, məscidin imicinə böyük bir qazancdır. Geniş mənada Kitab isə məsciddə təqdimatdan heç nə qazanmasa da, ən azından, heç nə də itirmir. Dar mənada Şəhriyarın kitabına gəlincə, uğurlu PR-gedişi idi. Həm kitab, həm də Şəhriyarın özü üçün. Əslində bu addımı atamda Şəhriyar geniş anlamda nə Məscidi, nə də Kitabı fikirləşib; özünü düşünüb və göstərmək istəyib ki, qeyri-standart həllər tapmağa qadir insandır. Göstərməyi bacarıb da. Qeyri-standart, orijinal həllər hər zaman maraqlıdır, gözəldir.”

Aqşin Yenisey:

Şair

Image result for aqşin yenisey

- Azərbaycan ədəbiyyatı Şəhriyar Del Geranini məscidə nəzir verdi. Mənə ancaq “Allah qəbul eləsin” demək qalır.

Yalçın İslamzadə:

Fizik

Image result for yalçın islamzadə

- Belə hadisələrə münasibət bildirmək istəməzdim.

Qabil Abbasoğlu

Jurnalist

Image result for qabil abbasoğlu

- Kitab - insan üçündür. Məscid də insanların toplaşdığı obyektdir. Həm də, kitab oxuyan insanların. Bu halda söhbətə hansısa mistik-sakral don geyindirib, məsciddə kitab təqdimatı olmaz deyənləri anlamaq çətindir. Şəxsən mən bilirəm ki, Şəhriyar məhz məsciddə imza günü keçirməyə hansı hisslərlə, həyəcanla hazırlaşırdı. Şəhriyarın yaradıcılığında da iman və əqidənin aydın nümunələri var. Belə bir səmimi istəyin və bu istəyə icma tərəfindən verilmiş kifayət qədər təqdirəlayiq saydığım müsbət cavabın indi spekulyasiya mövzusuna çevrilməsini doğru saymıram. Məscidə toplaşan insanlar da, bildiyim qədər, kitab əhlidir, oxumağın tərəfindədirlər. Oxumaqdan kimsəyə zərər gəlməz, ədəbiyyatdan isə heç gəlməz.

İşin hüquqi tərəfinə gəldikdə, məscid Azərbaycan dövlətinin qanunlarının işlədiyi bir məkandır. O icmanın rəhbərliyi də qanunlar çərçivəsində uyğun bildiyi addımları atmağa səlahiyyətlidir. Biz sekulyar dövlətdə yaşayırıq. Dünyəvi qanunlarla hərəkət edirik və şəxsən mən bunu böyük nailiyyət sayıram. Heç bir məscid, Azərbaycandan başqa heç bir dövlətin nə hüquqi, nə siyasi, nə mənəvi ərazisi deyil. Ona görə də belə məsələlərdə diqqətli və intizamlı olmaq lazımdır.

Xalid Kazımlı:

Yazıçı-publisist

Image result for xalid kazımlı

- Məsciddə çox şey olar - mətbuat konfransı da, toplantı da, normal ziyafət də, mərasim də, idman yarışı da. O cümlədən kitab prezentasiyası da. Mən 2010-cu ildə ABŞ-ın Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərinin kilsələrindən birində bütün bu işlər üçün yaradılmış şəraiti görmüşəm. Kilsənin elə bir basketbol meydançası vardı ki, beynəlxalq yarışlar belə keçirmək olardı. Kilsə ayrıca restoran zalına, brifinq salonuna, toplantı zallarına malik idi. Orada dini ayinlərlə yanaşı, dünyəvi tədbirlər də keçirilirdi. Bunlar bir-birinə mane olmur. Məscidi dünyadan, cəmiyyətdən təcrid etmək, nəsə sirr-xafiyə dolu yerə çevirmək, yalnız ölü yumağa, hüzr mərasimi keçiriməyə yarayan məkana döndərmək düzgün deyil.

# 4497 dəfə oxunub

Oxşar xəbərlər

“Maqadan: Sonuncu dayanacaq”  kitabı təqdim olundu

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olundu

18:20 11 iyun 2026
"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

17:30 11 iyun 2026
Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

16:46 11 iyun 2026
Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

15:00 11 iyun 2026
"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun  Şekspirlə münasibəti necə idi?

"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun Şekspirlə münasibəti necə idi?

13:30 11 iyun 2026
Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

12:27 11 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər