Açmısan süz də, nəyi gözləyirsən? – Yazıçıların içki lətifələri

Açmısan süz də, nəyi gözləyirsən? – Yazıçıların içki lətifələri
3 oktyabr 2019
# 18:30

Kulis.az 3 oktyabrın Dünya Alkoqolizmlə Mübarizə Günü olduğunu nəzərə alıb yazıçılarımızın içki ilə bağlı lətifələrini təqdim edir.

Tofiq Bayram Astaraya görüşə gedibmiş. Tədbirin rəsmi hissəsi çox uzanır. Üstəlik, Astaranın görümlü-baxlımlı yerlərinin ziyarəti başlayır. Yeyib-içmək üçün səbirsizlənən şair deyir:

Bəsdi gəzdik Astaranı

Göstər mənə restoranı

***

Xalq şairi Osman Sarıvəlli Kreml sarayındakı banketdə içib zəhərlənibmiş. Bir gün o, Azərbaycan Yazıçılar İttifaqındakı iclasda şair Əli Kərimi içmək üstündə danlayır. Çox abırlı olan və yüz sözün birini deyən Əli Kərim dözmür:

- Osman müəllim, o qədər yeyib-içdim, bir dəfə də olsun Kreml sarayına qusmadım!

***

Xalq şairi Fikrət Qoca məclisə qucaq-qucaq gələn araq butulkalarına baxıb deyir:

- Bu araq bizi qıracaq! İçin qurtarsın!

***

İçkini təsiri gedəndə şairlər deyərmişlər:

- Ayılmaq təhlükəsi var!

***

Əli Kərim yüz-yüz əlli qıram içəndən sonra deyərmiş:

- Dünya yavaş-yavaş gözəlləşir.

***

Tofiq Bayram kəndə qonaq gedibmiş. Həyətə girəndə yüzlərlə ağappaq “inkubator” cücəsinin sel kimi sağa-sola axdığını görür və deyir:

- Hara gedirsiniz, ay səyyar “zakuska”lar!

***

Xalq şairi Vaqiflə Səmədoğlu həkimə gedir və "xərçəng" olduğunu öyrənir. Evə gələn kimi qızına zəng edir. Deyir, bu gün bizə gələ bilərsən?

- Əlbəttə - deyir qızı.

Vaqif bir az düşündükdən sonra deyir;

- Gələndə pivə al, xərçəng özümdə var.

Image result for araq

***

Musa Yaqub evdə içirmiş. Arvadı hirslənir, deyir, a kişi, bütün günü içirsən, bir dəfə o nəvəni çağır yanına, gündəliyinə bax, qiymətləri ilə maraqlan. Bu yerdə Musa müəllim nəvəsinə səslənir, deyir, gündəliyini də götür bura gəl. Uşaq gəlir. Deyir, aç gündəliyini. Birdən Musa Yaquba zəng gəlir, şair zəngə cavab verməli olur, 5-10 dəqiqə danışıb qurtarandan sonra nəvəsi deyir:

- Baba, açdım.

Musa Yaqub:

- Açmısan süz də, nəyi gözləyirsən?

***

Əliağa Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

***

Həkim:

- Vahid, az iç, canını korlama.

Vahid:

- Allahın verdiyi canı sağ-salamat nəyə qaytarıram? Qoy bir az işlədim...

***

Eldar Baxış yeyib-içir, pulu qurtarır, lakin içkidən doymur. Davam etmək üçün gecə saat 12-də qalxıb bir dostunun evinə gedir. Qapını döyür. O üzdən yuxulu qadın səsi gəlir:

- Kimdi?

- Bacı, Eldardı. Yoldaşın evdədi?

- Yox. Gecə evə gəlməyib.

Eldar ümidini üzmək istəmir:

- Görəsən, harda olar?

Yuxulu qadın səsi:

- Nə deyim? Allah bilir, o da sizin kimi kimin blokundadı!

***

Məclislərin birində Aqşin Yeniseylə Ramiz Rövşən bir yerdəymiş. İçib keflənəndən sonra Aqşin Ramiz müəllimlə zarafatlaşmaq istəyir:

- Şair, nədənsə mən iki yüz içəndə özümdən şeir deyirəm, üç yüz içəndə Vaqif Cəbrayılzadədən, daha çox içəndə sizinkilər düşür yadıma...

Ramiz Rövşən üzünü ofisianta tutur:

- Cavanların arağını bol eləyin!

# 10509 dəfə oxunub

Oxşar xəbərlər

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

12:37 16 oktyabr 2026
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

12:16 16 oktyabr 2026
Vüqar Zifəroğlu  Mətbuat Şurasının sədri seçildi

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

12:06 16 oktyabr 2026
Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

12:00 16 oktyabr 2026
İstanbulun  emosional və sosial mənzərəsini araşdıran fotolar dərc olundu

İstanbulun emosional və sosial mənzərəsini araşdıran fotolar dərc olundu

12:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər