Çağdaş ədəbiyyatımızda erməni obrazları yaradan yazıçılar – Siyahı

Çağdaş ədəbiyyatımızda erməni obrazları yaradan yazıçılar – Siyahı
14 yanvar 2020
# 11:52

Kulis.az müasir ədəbiyyatımızda müharibə istəməyən erməni obrazı yaradan Azərbaycan müəlliflərinin və əsərlərin siyahısını təqdim edir.

Image result for seymur baycan

Seymur Baycan

“Quqark” romanı... Münaqişə zamanı Tiflisdə tanış olduğu Anuş adlı erməni qızıyla əsərin qəhrəmanı müəllif arasında məktublaşma gedir. Məktublaşmada Anuş onunla evlənmək istəsə də, müəllif razılaşmır.

Image result for pərviz cəbrayıl

Pərviz Cəbrayıl

“Məryəm surəsi” romanı... İstanbula gedən əsərin qəhrəmanı Məryəm adlı qıza erməni Vano sığınacaq verir və ona kömək edir.

Image result for sahilə ibrahimova

Sahilə İbrahimova

“Şeyx” romanı... Azərbaycanlı xanım Şumeysatla erməni oğlan Sənanın əhvalatı. Çoxdandır bir-birini görməyən, münaqişə yaranandan sonra sevgi münasibətləri alınmayan Şumeysatla Sənan uzun illərdən sonra Almaniyada rastlaşırlar və Bakıda qonşu yaşadıqları günləri xatırlayırlar.

Image result for kəramət böyükçöl

Kəramət Böyükçöl

“Səkkizinci gün” romanı... Quşçular kəndinin sakinləri Əvəz və Ülkər qonşu er­məni kəndi Noraguğ sakinləri Qurgen və Siranuşla yaxın dostdular. Ermənilər Quşçulara hücum edib, kən­di yandırdığı zaman Qurgen və Siranuş evlərindən çıxıb Əvəzgilə köməyə gedirlər. Ancaq yaxınlığa düşən mərmi onları uzağa atır. Hadisə nəticəsində dərin bir quyuya düşürlər. Bu, zamanın və yaddaşın quyusudur.

Image result for Sərdar Amin

Sərdar Amin

"Su sərgisi" romanında erməni və azərbaycanlı gənclər sevgilidirlər.

# 5687 dəfə oxunub

Oxşar xəbərlər

Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

10:58 21 noyabr 2026
“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

10:03 21 noyabr 2026
Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər