Bakıda 10-cu Avropa Film Festivalı başlayıb

Bakıda 10-cu Avropa Film Festivalı başlayıb
3 oktyabr 2019
# 09:59

Bu gün Park Sinemada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Avropa İttifaqının üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə 10-cu Avropa Film Festivalı öz fəaliyyətinə başlayıb.

APA xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, insanların Avropa filmləri və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır. Bu bizim birimizi tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözel yoldur: "Mən hər kəsə və xüsusilə də səfirliklərə bu işdə töhfə verdikləri üçün təşəkkür edirəm. Bu Macar filmi olduguna görə Macar səfiri bütün alqışlara layiqdir", deyə səfir bildirib.

Daha sonra "Azərbaycanfilm" Kinostudiyasının direktoru Cəmil Quliyev bildirib ki, Bakida 10-cu dəfə Avropa film festivalının keçirilməsi Festival hərəkatının inkişafı demekdir: "Hər bir festival hər bir ölkənin mədəniyyətinə öz töhfəsini verir. Mən Mədəniyyət Nazirliyi adından təşkilatçilarına öz təşəkkürümü çatdırıram".

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi çıxış edərək məhz macar filminin ilk olaraq təqdim olunmasından qürur duyduğunu bildirib: "Bizim filmimiz bəşəriyyətin ən böyük fəlakəti olan Holokost barədədir. Bu barədə bir çox film çəkilsə də ancaq bu filmdə yeni metodlardan və yanaşmalardan istifadə olunmuşdur. Məhz bu yanaşma sayəsində Oskar mükafatına layiq görülmüşdür ", deyə sefir bildirib.

Daha sonra Macarıstan istehsalı olan "Saulun oğlu " filmi nümayiş olunub.

# 4912 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər