news-inner
clock14:22 calendar-gray 04 Oktyabr 2019 view-gray844 dəfə oxunub
view-gray844 dəfə oxunub

Fahişə - Yeni hekayə

Kulis.az Cavidan Mirzəzadənin “Fahişə” hekayəsini təqdim edir

İndi buradan - 3 nömrəli ruhi xəstəxananın 4-cü mərtəbəsinin pəncəsərindən, əhəngli soyuq divarın üstündə oturub baxanda düşünürəm ki, niyə bütün əxlaqsız qızlar yaxşı qəlbli olurlar?

Artıq baş vermiş olan hadisələri beynimdə qurcalamaq, bura gəldiyim vaxtdan - yəni, dünən gecədən bəri mənim sevimli məşğuliyyətimə çevrilib. Belə görünür ki, divarının rəngləri çoxdan köhnəlib tökülmüş, oktyabr rütubətinin divarlarda və tavanda naxış saldığı bu otaqda bundan yaxşı məşğuliyyət tapa bilməyəcəyəm.

Kənarında oturduğum pəncərənin bir tayını həmişə açıq saxlayır, hələ də yetişəcəyinə ümid edilən sınıxmış bənövşə dibçəyini də açıq pəncərənin qarşısına qoyur, özüm pəncərənin bağlı tərəfində qısılıb otururdum.

Gözüm divardan qırılıb düşməyinə az qalan saata dəydikcə dünənin bu saatlarını düşünməyə başlayırdım. Həmişə olduğu kimi, dünən də qonşu qadın Sofiyanın ehtirasdan yaranan inilti səslərinə ayıldım.

Gözümü açanda qadının tüklü sinəsi ilə üz-üzə qaldım. Bu, mənim evimdə olan yeganə xalçanın üzərindəki qadın təsviri idi. Əslində yaşadığım yerə ev demək olmazdı. Uzunu 4, eni 2 metrdən çox olmayan bu otaq mənim bütün evimi təşkil edirdi. Çarpayıdan qalxıb ayaq ucundakı masada oturdum. Evim o qədər kiçik idi ki, ayağa durdunsa, gərək harasa çıxıb gedəsən. Evin içində ancaq oturub durmaq mümkün idi. Əsəbləşib telefonu ya da yaxınlıqdakı ən münasib əşyanı divara çırpanda mütləq bir parçası qayıdıb özünə dəyirdi. Beləcə 4 divar arasında yaşanırdım. Bu divarlardan biri həyətimizə - 6 fərqli ailəyə mənsub olan uzun və ensiz, yöndəmsiz həyətə baxırdı. Sol tərəfdəki divarın o tayında Elina və qardaşı qalırdılar. Elina fahişə idi, narkoman qardaşı da daxil olmaqla bütün həyətdə yaşayanlar bunu bilirdi. Müştərilər gəldiyi vaxt qardaşı evdən çıxıb gedər, müəyyən vaxtdan sonra qayıdıb gələrdi. Həyətimizdəki ailələrin ərgən uşaqları tez-tez onun seks üçün başqa fahişəninmi, yoxsa öz bacısınınmı yanına getməsi barədə mərc qoşurdular. Bir dəfə yanlarından keçərkən ərgənlərdən birinin "Boş yerə niyə pul xərcləsin ki?" deməsini eşitmişdim.

Sağ tərəfdə, yəni mənim indi söykəndiyim divarın arxasında isə gənc ər arvad - Sofiya və Xasay yaşayırdı. Sofiya da fahişə idi, amma, yalnız öz ərinin fahişəsi. Gecələr eşitdiyim səslərə əsasən müəyyən etmək olurdu ki, Sofiya yatağdakı bacarıqlarına görə heç də bu işin peşəkarı olan Elinadan geri qalmırdı. Onun əri Xasay isə, məhəlləmizdəki yeganə marketin sahibi idi. O, marketi adətən saat 9 civarında açırdı. Deməli, hələ 6 saat da onun evdən getməsini gözləməli idim. Yenidən yata bilməyəcəyim dəqiq idi. İlk ağlıma gələn piyada gəzmək oldu - hansı ki, Meridən ayrıldıqdan sonra demək olar hər gün bunu edirdim. Qərarımı verib qapıdan çıxmağa hazırlaşanda otağın küncündəki 1 cüt yuyulmamış köynək gözümə dəydi, onlardan birini götürüb çarpayının üstünə atdım və həyətə çıxdım. İlk getməyi düşündüyüm yer bulvar idi. Meri ilə ayrıldıqdan sonra - yəni 1 il idi ki, bura getmirdim.

Təxminən 2 saat gəzdikdən sonra bulvara çatdım. 1 ildən sonra buranı görmək necədə qəribə idi. O fahişə ilə burada necə də axmaq anlar keçirmişdik. Skamyaların birində oturub başqa fahişələrin başqa axmaqlarla keçirdiyi anları izləməyə başladım. Havanın işıqlaşmağa başladığı vaxt mən artıq bulvarın bitdiyi yerdə yerləşən metrostansiyaya çatmışdım. Buradan evə rahatlıqla qayıda bilirdim.

Yarım saat sonra artıq evdə idim. Xasayın marketi açmaq üçün evdən çıxması bu dəqiqələrdə baş tutacaqdı. Evimə yaxınlaşdım, qapıdakı cütlənmiş başmaqlardan birini götürüb evə girdim. Stolun arxasında oturaraq divarın o tayından gələcək xudahafizləşmə səslərini eşitməyi gözlədim. Bu dəqiqələr sonra oldu. Ayağa qalxdım, gecədən hazır qoyduğum bıçağı döşəyin altından götürüb çıxanda, Xasayın da həyətin qapısından küçəyə çıxdığını gördüm. Artıq əmin ola bilərdim - onun seks oyuncağı Sofiya evdə tək idi. Onların qapısına doğru yönəldim, qapının yanındakı kiçik pəncərədən içəri baxmağa çalışanda pəncərənin kənarındakı 1 cüt kibrit qutusundan birini yerə atıb, qapını açdım. Evin mətbəxindən keçib yataq otağına girəcəkdim. Yavaşca otağın qapısına doğru getdim. Mən qapını açanda Sofiya güzgünün qarşısında - qapının solunda durmuşdu. Onun reaksiyalarına fikir vermədən bıçağı ona tərəf yönəltdim, ilk və ikinci zərbəmdən sonra qadın instinktiv olaraq üstümə hücum çəkirdi. Bir anlıq az qala bıçağı əlimdən alacağını düşündüm, qollarının arasından çıxıb bıçağı altdan yuxarı boğazına ilişdirdim. Sofiya çarpayının üstünə yıxılıb can verməyə başladı. Bax Merinin fahişə olduğunu öyrənəndə də, 1 il əvvəl ondan ayrılanda da mən heç də bundan az ağrı çəkməmişdim...

Arxaya çəkildim, çarpayının üstü qan gölünə dönmüşdü. Kim deyərdiki, bütün gecə bənzərsiz ehtiras hissləri yaşadığın bu çarpayı cəmi bir neçə saat sonra qanına bulanacaqdı. Həyətə çıxanda Sofiyanın şkafının üstündən götürdüyüm iki dırnaq boyasından biri də əlimdə idi...

Bir neçə saat sonra artıq bu otaqda idim. Arada keçən müddətdə mən ancaq düşündüm: evimizin yanmağını, bütün ailəmin ölməyini. Merinin əslində bir fahişə olduğunu həmin gün öyrənməyimi düşündüm. Evimizi dəyər-dəyməzinə satıb o toyuq hininə köçməyim, aylarla tək başına içib şəhəri piyada gəzməyim gözümün önündən keçdi. Düşündüm ki, görəsən əxlaqsız qadınlar özlərinin əxlaqsız olduğunu bilirlərmi? Həyat elədir ki, gecələr yol kənarında dayanıb özünü satan qadın da özünü təmiz sayır, fahişə saymır. Hər kəs özü üçün əxlaqlı, hər kəs özü üçün haqlıdır. Maşında əl qolu bağlı bura halda gəldikcə keçmiş qonşumuz Larisa yadıma düşdü. Xatırladım ki, bir gün onu şəhərin ən yaxşı restoranlarından birində yanında bir oğlanla gördüm. Sabahısı gün yenə evimizə gələndə, Larisanın qaldığı evin qarşısından keçəndə anasının oğluna dediyi sözləri eşitdim: "Səninləyəm, get nisyə al bunları gətir. İndi qız gələcək dərsdən, yemək yoxdur".

Maşın irəlləyərək məni ömrümün sıfır nöqtəsinə apardıqca fikirləşirdim ki, niyə bütün əxlaqsız qızlar həm də yaxşı insan olurlar? Kəndimizin gecələr tinlərdə sevişən ərli qadınları, universitetdə tanıdığım sənət adı altında fahişəlik edən tələbələr, toydan 2 gün əvvəl əlində iynə sap ginekoloq qapısında yatan bütün qızlar beynimdə var-gəl edirdi. Görəsən o fahişə məni heç olmasa həqiqətən sevirdimi?!

Maşın dayandı. Qarşıda ruhi xəstəxanın darvazası görünürdü...

news-inner-user

13532 məqalə

Paylaş

Oxşar xəbərlər