Cehiz verildi, tonqalda yandırıldı, ölümdən qorudu – Yazıçılarımızın kitabları

Cehiz verildi, tonqalda yandırıldı, ölümdən qorudu – Yazıçılarımızın kitabları
27 sentyabr 2019
# 12:30

Kulis.az kitabla bağlı yazıçıların başına gəlmiş qeyri-adi əhvalatları və faktları təqdim edir.

Image result for sabir rüstəmxanlı

Sabir Rüstəmxanlının “Ömür kitabı”nı qızlar cehiz kimi sandıqlarına yığırlarmış.

***

Image result for əlibala hacızadə

Sovetlər dönəmində Heydər Əliyev Bərdə pambıqçıları ilə görüşür və onların problemləri ilə maraqlanır. Pambıqçılar ondan “İtkin gəlin” kitabını istəyirlər. H.Əliyev Bakıya qayıdanda kitabın satılıb qurtardığını öyrənir və yenidən 100 min tirajla çap olunması üçün göstəriş verir.

***

Image result for Zəlimxan Yaqub

Hüseyn Arifin təzə kitabı çap olunub. Zəlimxan Yaqub zəng vurub şairi təbrik edir, sonra isə deyir:

- Qağa, burdakı şeirlərin bir neçəsi mənim şeirlərimdi.

Hüseyn Arif kefini pozmadan cavab verir:

- Nolasıdır? İkimiz də xalq üçün yazırıq da...

***

Image result for əkrəm əylisli

Əkrəm Əylislinin “Daş yuxular” əsərindən sonra kitabxanalarda və mağazalardakı kitabları yığışdırıldı. Bütün kitabları tonqala atılıb yandırıldı.

***

Image result for rafiq tağı

Rafiq Tağıya dəyən altı bıçaq zərbəsindən biri papkasındakı qalın kitaba dəyir. O bıçaq zərbəsi düz ürəyinin üstünə gəlirmiş. Qalın kitab ona dəyən zərbəni zərərsizləşdirib.

***

Image result for ramiz rövşən

Ramiz Rövşən imza günlərinin birində kitabını imzalayarmış. Oxuculardan biri onun “Nəfəs” kitabının köhnə nüsxəsini şairə uzadır. Ramiz Rövşən kitabın pirat nüsxə olduğunu bildirirək imza etməkdən imtina edir.

***

Image result for əlisa nicat

Yazıçı Əlisa Nicat ilk kitabını çap etmək üçün evini satmışdı.

***

Image result for Aqil Abbas

Aqil Abbas heç kimin Bakıda tapa bilmədiyi kitabı Moskvada tapır. Yaxın dostunun toyuna həmin kitabı nəmər əvəzi yazdırır.

***

Image result for Bəşir Kəsərli

Hamınız o kişini görmüsünüz yəqin. Metroda kitab satırdı. Adı Bəşir Kəsərli idi və başına yaylıq taxırdı. Yaylığın üzərində də “Qarabağ” yazılmışdı...

***

Image result for rasim qaraca

Rasim Qaraca Azərbaycan dilində işlənən bütün söyüşləri bir kitaba yığmışdı, adını da “Arqo deyimlər” qoymuşdu. Kitab səs-küy yaratdı və tezliklə kitab mağazalarından yığışdırıldı.

***

Image result for əlisəmid kür

Əlisəmid Kür şeir kitabını iki cür çıxarırmış. Biri nazik, biri qalın üzlü. Qalın üzlülər mötəbər, hörmətli, vəzifəli adamlar üçünmüş.

***

Image result for yafəs türksəs

Yafəs Türksəs Rasim Qaracanın kitablarını yığıb satırmış. Hamıya da kitabın müəllifinin özü olduğunu söyləyirmiş. Bu yalan Rasim Qaracanın sinif yoldaşına tuş gələnə qədər yaxşı gedirdi. Sinif yoldaşı yalanı eşidəndə isə Rasim Qaraca qiyafəsinə girmiş Yafəs çarəsiz həqiqəti deməyə məcbur olub.

***

Image result for kəramət böyükçöl

Kəramət Böyükçölün son vaxtlar təkbaşına reallaşdırdığı iki aksiya diqqətləri üzərinə çəkmişdi: kitabını 100 manata satışa qoymaq və çayxanada kitablarını müxtəlif qiymətlərə satmaq.

***

Image result for ayxan ayvaz

Ayxan Ayvaz “Buri” hekayələr kitabının imza günündə maraqlı bir aksiya etmişdi. Hər kitab alan oxucuya bir dilim çörək hədiyyə olunurdu.

***

Image result for şəhriyar del gerani

Şəhriyar Del Gerani kitabın az satıldığı bir vaxtda öz şeir kitabını 10 manat qiymətinə satışa qoymuşdu. Tələbələrə isə endirim eləmişdi. İmza günündə kitabların hamısı satılmışdı.

# 6250 dəfə oxunub

Oxşar xəbərlər

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

18:40 31 avqust 2026
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

18:38 31 avqust 2026
Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

18:15 31 avqust 2026
Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər