news-inner
clock11:30 calendar-gray 06 İyun 2021 view-gray66060 dəfə oxunub
view-gray66060 dəfə oxunub

Oğlundan imtina edən, işə pijamada gedən, iki dəfə dəfn olunan azərbaycanlı alim

Bu gün Mütləqə inam fəlsəfəsinin yaradıcısı, filosof, tənqidçi Asif Atanın anım günüdür. Kulis.az onunla bağlı maraqlı faktları təqdim edir.

Qərbi Azərbaycanın Çəmbərək rayonunda anadan olmuşdu. 17 yaşında qəzetdə şeiri çıxır.

***

Məşhur Qorki İnstitutunda oxuyan azərbaycanlılardan biri idi. Oranı bitirdikdən sonra ədəbi tənqidlə məşğul olmuşdu...

Gallery

***

Bakı dövlət Universitetinin foyesində siqaret çəkirmiş. Prorektor onu görüb əsəbiləşir:

- Burda siqaret çəkmək olmaz.

Asif Ata rahatlığını pozmadan siqaretdən bir qullab alıb:

- Sən kimsən?

- Təlim-tərbiyə işləri üzrə Prorektor!

- Nə olsun? Hegel ki, deyilsən! – Asif Ata bunu deyir və yenə siqaretdən təntənəli bir qullab alır.

Gallery

***

Bakı Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. Bu klubda onun sərt çıxışları olurdu. Quruluşa etirazlar edirdi. Məsələn, o çıxışlardan bir cümlə: “Marksizm elm deyil, dindir, xurafatdır, ən yaxşı halda siyasi mifologiyadır”.

Klubda apardığı söhbətlər Asif Ataya ciddi problemlər yaratmışdı. 1982-ci ildən isə bu hücumlar daha da gücləndi. Öncə ona antimarksist, sonra isə antikommunist damğası vurdular. Ardınca millətçi, pantürkist... O dövrün şərtlərinə görə ağır ittihamlar sayılırdı.

Kluba gənclər gəlirdi və onlar Asif Atanın ideyalarına vurğun idilər.

***

Sonradan bu klub Ocağa çevrilmişdi. Asif Ata Ocağı. Onu sevənlər, ardıcılları Asif Əfəndiyevi Asif Ata eləmişdilər. Ocaqda Mütləqə inam fəlsəfəsi öyrədilirdi.

***

Hətta “Ocağ”ın təqvimini də yaratmışdı. Həmin təqvimə görə il mart ayından başlanırdı.

Günəş - mart.

Çiçək - aprel.

İşıq - may.

Şölə - iyun.

Beləcə, davam edirdi. Eyni zamanda, həftənin günlərini yeni adlarla vermişdi: məsələn, arzu - bazar ertəsi, ümid - çərşənbə axşamı, dözüm - çərşənbə.

Gallery

***

Birinci evliliyi çox az çəkib: cəmi bir ay. Asif Ata daha çox maddiyyatçı olan qadınla anlaşa bilməyib.

***

Tələbələr onun söhbətlərinin dəlisiydilər. Xəbər tutub axın-axın yanına gəlirdilər. Asif Ata da onları geri çevirmirdi. Eşq elan eləyən xanımlar, ailəli bir xanımın onun haqqında kitab yazması, başqa birinin onun alnını Sokratın alnına bənzətməsi... Asif Ata isə Raya xanımı seçmişdi. Raya xanımın qardaşı, bacısı da Asif Atanı tanıyır, onu sevirdilər. Lakin atası bundan xəbər tutanda qəti razılaşmır. Sən demə, atası qızı dostunun oğluna verməyi planlayırmış. Ancaq Raya xanım sona qədər öz istəyinin üstündə dayanıb. Və onun görkəmcə elə də yaraşıqlı olmayan Asif Atayla evlənməsi hamını təəccübləndirib.

Gallery

***

Azərbaycan Dövlət Universitetinin Etika və estetika kafedrasında işlədiyi vaxtlar idi. Yoldaşının bacısı da orda oxuyurdu. Bir dəfə gəlib Raya xanıma qəribə bir şey deyir:

- Xəbərin var, sənin ərin universitetə bu gün hansı paltarda gəlmişdi?

Sən demə, işə pijamada gedibmiş.

Xanımı neçə dəfə onun üst-başını düzəltməyə çalışsa da, alınmırmış. Çox sərt olduğu üçün Raya xanım çox da irəli gedə bilmirmiş.

***

Onun təqib dolu həyatı, Mütləqə İnam fəlsəfəsi başına oyunlar açıb. Sovet hökuməti qarabaqara onu izləyirdi. Həyat yoldaşı oğlunu bu iztirablı günlərdən xilas etmək üçün ondan ayrılmağa qərar verir.

“Mən bilirdim ki, Sovet hökuməti gec-tec ailəmizi dağıdacaq, biz ayrılacağıq, nəsə olmalıdır. Oldu da. Mən isə Atadan yalnız oğluma görə ayrıldım. Bizim bircə övladımız var idi. Atasına görə oğlum “sarı vərəqə” siyahısına düşmüşdü. Ora düşən isə ali məktəbə girə, cəmiyyətdə irəliləyə bilməzdi, işindən qovulurdu. Belə adamlar yalnız fəhlə işləyə bilərdilər. Mən də oğlumun gələcəyini düşündüm” – sonralar yoldaşı Raya xanım müsahibəsində bunları söyləyəcəkdi...

Gallery

***

Xanımı Asif Atanın partiyadan çıxarılmasından sonra qorxuya düşübmüş. Onu məcbur ediblər ki, boşansın. Asif Ata həmin gün evə gəlməyib. Başqa bir yerdə kirayə ev tutub. Ona yoldaşını və oğlunu görmək qadağan edilmişdi.

Yoldaşına Asif Atanı izləməyi təklif ediblər. O isə rədd edib. Deyib, oğlumun atasıdır, bunu edə bilmərəm, ancaq oğlumu ondan uzaq tutaram.

Asif Ata ayrılandan sonra ona deyib:

- Raya, sən də məni atdın?

- Asif, məni məcbur etdilər. Oğlumun xatirinə getdim bu işə. Neyləyim, mənim də taleyim belə gətirdi.

***

Ayrılandan sonra görüşüblər. Heç danışmayıblar. Ancaq kağıza nələrsə yazıb bir-birinə ötürüblər. Görüş bu şəkildə davam edib.

***

Bir dəfə zəng edib xanımına. Deyib, mən oğlumdan imtina edirəm. Təbii ki, bu ailəsini təqibdən xilas etmək üçün idi. Səsini dinləyirdilər.

Gallery

***

Təqiblər başlayanda onu hər kəs tək qoydu. Bütün qohumları, dostları, tanışları və dediyimiz kimi, həyat yoldaşı. Asif Ata tək qaldı. Kirayə evində tək-tənha yaşadı...

***

Asif Ata öz ardıcıllarına vəsiyyət etmişdi ki, biz ayrıca bir torpaq sahəsi götürüb öz qəbiristanlığımızı yaradaq.

***

Özünü peyğəmbər elan eləməsini ardıcılları qəbul eləmir. Deyirlər, o, tələbələrinə “evlad” deyirmiş. Asif Atanın əlini öpmək isə sadəcə ona olan ata sevgisindən imiş.

Gallery

***

Onu ardıcılları öz adətləri ilə dəfn elədilər. Asif Atanı mavi parçaya bürüyüb, üzü Günəşə sarı torpağa tapşırdılar. Qəbrin üstünü isə altı dirəklə əhatələdilər. Sonra həmin dirəklərin üstünü halə şəklində birləşdirdilər. Bu altı dirək onların inanclarının altı sütunu demək idi: Mütləqə İnam, Kamil insan, Müstəqil Vətən, Ruhani cəmiyyət, Özümlü Şərq, Ləyaqətli bəşər.

Dirəklərin üstündəki lövhəyə isə əsas prinsiplərini yazdılar: “İnsanlaşın, insanlaşdırın! Bəşərin nicatı insanlaşmaqdadır!”

Həmin günün sabahısı Molla Aydın adlı biri ətrafdakı camaatı Asif Atanın ardıcıllarının üstünə qaldırır. Deyir ki, burada bir kafir basdırılıb, biz müsəlmanlar buna yol verə bilmərik! Gərgin vəziyyət yaranır, adamlar qəbrin açılmasını tələb edirdilər.

Gallery

İş o həddə çatır ki, Asif Atanın qohumları məcbur olub, qəbri açırlar və onun nəşini Ağstafa rayonuna aparıb ikinci dəfə İslam qaydaları ilə dəfn edirlər. Ardıcılları da qəbri üstündə öz inanclarına uyğun çıxışlar etməklə yetinirlər.

news-inner-user

19061 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021
Van Dammı bezdirən azərbaycanlı qohumları
11:34 18 İyun 2021
Nobel mükafatçısı intim konsert verəcək – İlk dəfə
11:09 18 İyun 2021
Seymur Baycandan yeni kitab
10:42 18 İyun 2021
Nura Surinin oğlu qəzaya düşdü - Foto
10:09 18 İyun 2021
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı rusca çap olundu
09:42 18 İyun 2021
O gündən Bəşər dayı qızını evə qıfılladı – Bircə yazır...
09:00 18 İyun 2021
Nazirlik ədəbiyyat müsabiqəsinin qaliblərini mükafatlandırdı
01:24 18 İyun 2021
Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqında qəribə aforizmlər
21:02 17 İyun 2021
Məşhur aktyor yeni seriala çəkilir
18:50 17 İyun 2021
Atası başını qırxıb oğlan kimi böyütdü: İki dahi bəstəkarımızın evlilik təklif etdiyi “yaralı turac” - Video
18:33 17 İyun 2021
Orxan Saffarinin ilk kitabı nəşr olundu - Foto
18:14 17 İyun 2021
Çingiz Abdullayevə AYB-də yeni vəzifə tapşırıldı - Eksklüziv
17:47 17 İyun 2021
Buqələmun gecə rəngini dəyişmir - Kino tariximizdə ilkə imza atan film
17:01 17 İyun 2021
Məşhur hind aktyor vəfat etdi
16:17 17 İyun 2021
Başını dik tut, mən şəhid oldum
15:29 17 İyun 2021
Nizaminin sözlərinə bəstələnmiş musiqi albomu buraxıldı
14:40 17 İyun 2021
Azərbaycanlı ifaçı beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görüldü
13:52 17 İyun 2021
Van Dammın azərbaycanlı gəlini kimdir? – Dosye - Fotolar
13:08 17 İyun 2021
Yazıçılar İttifaqından qovuldu, peyğəmbərə görə ölüm fətvası verildi, küçədə qətlə yetirildi – Necə öldürüləcəyini öncədən yazan yazıçımız
12:45 17 İyun 2021