"Qızlar dövlət idarələrində hacıları yoldan çıxarırlar" - Tanınmış alimdən qeyri-adi açıqlama

"Qızlar dövlət idarələrində hacıları yoldan çıxarırlar" - Tanınmış alimdən qeyri-adi açıqlama
26 sentyabr 2019
# 10:37

Mədəniyyətşünas alim Aydın Əlizadə qadınların geyimi ilə bağlı fikirlərini yazıb. Polemika açan alim qızların açıq-saçıq geyinmələrini tənqid edib:

“Qızların qısa ətəkləri barəsində Avropa standartlı bir qadınla söhbət edirdim. O, deyirdi ki, bizim ölkədə azadlıq yoxdur, kişilər çılpaqlaşan qızlara pis baxırlar. Halbuki, geyim məsələsi insanın şəxsi işidir, bu ölkədə azadlıq yoxdur və s.

Dedim ki, ay xanım, yanılırsan. Bizim Azərbaycanda çılpaqlaşma Avropanı və Amerikanı üstələyib, azadlığın yüksək dərəcəsinə çatıb. Məsələn, orada rəsmi dövlət idarələrində qanun qoyurlar: qadınlarların ətəkləri gərək dizdən aşağı olsun, sinə isə bağlanmalıdır.

Bizdə isə dövlət idarələrinə gəlirsən, qısa ətəkli, açıq sinəli qızlar cənnət huriləri kimi uçur ora-bura. Kişi iş görmək istəyir , ancaq istər-istəməz gözü ilişir; İş qalır bir qıraqda, başlayırsan çılpaq ayaq və sinələrə baxmağa. Baxmamaq da olmur. Hətta mənimlə bir hacı işləyirdi, gördüm bir qızın ayaqlarına baxır. Dedim, Hacı, günahdı baxma. Dedi, necə baxmayım ki, qız özü soyunub qabağımda? Mən axı kişiyəm!

Beləliklə, biz geyim məsələsində bəzən Amerika Avropanı da geridə qoymuşuq. Razılaşa bilmirəm ki, burada azadlıq yoxdur. Qızlar dövlət idarələrində hətta hacıları yoldan çıxarırlar. Amerika o qələti edə bilməz!”

# 8768 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər