news-inner
clock15:31 calendar-gray 23 Sentyabr 2019 view-gray620 dəfə oxunub
view-gray620 dəfə oxunub

İtalyan həkimin kor elədiyi azərbaycanlı şair

Bu gün məşhur şair Məmməd Aslanın anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Məmməd Aslan Azərbaycan xalq dilini ən yaxşı bilən beş-üç şairdən biri hesab olunurdu.

***

9 qardaşı olub, hamısı dünyasını dəyişib. Bir doğma bacısı olub – Əzizə, bir də ata bir, ana ayrı Xublar adlı bacısı. Ögey bacısına şeiri də var: “Bacım Xublara məktub”. Deyirmiş, onu heç vaxt ögey hiss eləməmişəm.

Image result for məmməd aslan

***

Qardaşları kimi ölməsin deyə ona qurban deyib basdırıblar. Öz qəbrimi görmüşəm deyir Məmməd Aslan: “Molla atama deyib, uşaq doğulanda bir nal götür, qayanın birinə çırp, harda batdısa orda qalsın, gəlib-keçəndə şükranınızı bildirin, dua oxuyun, oğlunuzu qoruyacaq. Sonra deyib, gedin Bərdədəki İmamzadədə yüyrük asın, uşağı ora tapşırın. Üçüncü məsləhəti isə belə olub ki, üçgünlük olanda tərəzinin bir gözünə uşağı, o biri gözünə bir quzu qoyun, quzunu kəsib bir qəbirdə basdırın, uşağın bəlalarını aparacaq!”

***

İki dəfə ailə həyatı qurub. Hər ikisindən ayrılıb. Öz şəxsi həyatını gündəmə gətirməyi sevməzmiş. Bu haqda yalnız bunları söyləyib:

“Boşanmağımla bağlı kimsəyə heç nə deməmişəm. Ən yaxın qohumlara da.”

Image result for məmməd aslan

***

Xanımlarla yola getməməsi haqda maraqlı bir əhvalatı da var. Deyir, AzTV-də onun haqqında film çəkmək istəyirlərmiş. Sədr Nizami Xudiyev bir xanım rejissoru məsləhət görür. Məmməd Aslanın cavabı hamını güldürür:

- Məndən film çəkmək işini boynuna götürdüyü üçün bu xanıma minnətdaram, amma bilsin ki, mən qadınlarla yola getsəydim, arvadım olardı.

***

Amma sevdiyi qadınları, necə deyərlər, dəlicəsinə sevib. Özü də bunu təsdiq edib:

“Sevəndə dəlicəsinə sevmişəm”.

Sonra isə təəssüflə əlavə edib:

“Amma indi Allahdan başqa sevdiyim yoxdur”.

Image result for məmməd aslan

***

Sağ gözü 10 faiz görürmüş. Əməliyyat olunub. Dediyinə görə, onu italyan həkim kor eləyibmiş:

“Məni aldatdılar. Çox təriflədilər həkimi. Əməliyyat 15 dəqiqə çəkəcək dedi, 2 saat sürdü...”

***

“Avropa” qəzetindəki müsahibəsində el şairi Sücaət onun haqqında qəribə bir faktı dilə gətirmişdi: gözlərini əməliyyat edən həkimi Məmməd Aslan tanıyırmış, onu öyrədibmiş ki, Sücaəti kor elə. Buna görə, Sücaət ondan küsülü ölüb. Halbuki xalauşağı idilər.

Image result for məmməd aslan

***

Heç vaxt kitablarını satışa vermirmiş. Həmişə dostlarına paylayırmış. Yalnız kitab qədri bilən dostlarına...

***

Ağac mövzusunda 500 səhifəlik kitab yazıb. Adı da “Adəmdən günümüzə ağac”.

Image result for məmməd aslan

***

Səpib göyərdərəm sözü, kəlməni
Ayrı sənətim yox, ayrı işim yox
Tanıtsa bir misram tanıdar məni
Ayrı sənədim yox, arayışım yox

Bu şeir üç bənddir. Məmməd Aslan bu şeiri 3 ilə yazıb. Uyğun qafiyə tapa bilmirmiş.

***

İçkini heç vaxt yüz qramdan artıq içməyib. Şəkər xəstəliyini tapanda 100 qramı 30 qram eləyib. Deyirmiş, içki daxili orqanları hərəkətə gətirir.

mə

***

Ən çox oxuduğu iki şair olub. Heç vaxt əlindən düşməzmiş. Aşıq Ələsgər və Füzuli. Özü bu haqda deyirmiş:

“Möminlərin bir qibləsi var, şairlərin iki: Füzuli və Aşıq Ələsgər.”

***

Ən böyük arzusu Kəlbəcəri görmək imiş. Deyirmiş, heç olmasa ölümümdən azca əvvəl bir anlığa Murovun başından Kəlbəcərə baxım.

Related image

news-inner-user

12859 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019
“YUĞ”da “Lənət” olacaq
16:57 17 Oktyabr 2019
Haqqımı mənimsəyən İmdat Avşar
16:15 17 Oktyabr 2019
Kəramət Böyükçöl: “O qız bilməliydi ki, mən anormalam” – Müsahibə
15:31 17 Oktyabr 2019
Bakıda ilk: Dayanacaqda kitab köşkü - Foto
14:45 17 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi davam edir
14:17 17 Oktyabr 2019
Rusiyaya gedən azərbaycanlının kədərli tarixçəsi
13:30 17 Oktyabr 2019
Nəsiminin 650 illiyi UNESKO-da qeyd olunub
12:50 17 Oktyabr 2019
Bu şeirlər 10-luğa düşüb - Mətnlər
12:20 17 Oktyabr 2019
Bu gün qaliblərə mükafatlar təqdim olunacaq
11:35 17 Oktyabr 2019