news-inner
clock08:58 calendar-gray 21 Sentyabr 2019 view-gray1483 dəfə oxunub
view-gray1483 dəfə oxunub

On yaşlı uşağı qaçırıb evində saxlayırdı...

Kulis.az Sevda Sultanovanın“Əsl kino” layihəsində Qorçin Stoyanoviçin “Qəsdən törədilmiş qətl” və Markus Şlaynzerin “Mixael” filmlərini təqdim edir.

Serb rejissoru Qorçin Stoyanoviçin “Qəsdən törədilmiş qətl” filmi 1996-cı il Berlin kinofestivalında müsabiqədənkənar iştirak edib.

Süjet: Hadisələr 1992-ci il Belqradda baş verir. Yuqoslaviyanın süqutu ərəfəsində millətlərarası müharibə yaşanır. Fotoqrafçı Yelena (Branka Katiç) ölkədəki siyasi iqtisadi vəziyyəti əks etdirən fotolar çəkir. Müharibədə yaralanmış serb əsgəri Boqdan (Neboyşa Qloqovats) hospitalda yer olmadığından oradan gedir və parklardan birində gecələyir. Boqdanla rastlaşan Yelena onun fotosunu çəkir, sonra isə ona öz evində qalmağı təklif edir. Gənclərin arasında sevgi münasibətləri başlayır. Yelena müharibənin əleyhinədir və o, Boqdanın cəbhəyə getməsini istəmir. Boqdan isə cəbhəyə getməkdə israrlıdır. Paralel xətdə isə İkinci Dünya müharibəsi dövründəki Belqrad təsvir olunur. Yelenanı nənəsi (Ana Sofreniviç) şəhərin ən gözəl qızı hesab edilir. O, varlı sahibkarın qızlığıdır və partizanların komandiri Krsmanla (Sergey Trifunoviç) sevgilidir. Amma eyni zamanda ögey qardaşı Yovan (Draqan Miçanoviç) da ona aşıqdir. Yovan ögey bacısını zorlayır. Axırda isə özünü və Krsmanı öldürür. Yelena nənəsi haqda kitab yazır və kimin nəvəsi olduğunu aydınlaşdırmaq istəyir. Boqdan isə müharibədə həlak olur. Və Yelena ölkəni tərk edir...

Serb rejissoru Qorçin Stoyanoviçin Qəsdən törədilmiş qətl” filmində müharibə sadəcə fondur. Əsas məqsəd müharibənin qəhrəmanların həyatına təsirini, onların düşüncəsini ekrana gəitrməkdir. Yelena pasifistdir, müharibəni mənasız sayır, onun kimlərinsə məqsədinə xidmət etdiyini düşünür. Rejissorun özü də bəzi epizodlarda müharibənin müəyyən adamlar üçün çirkli məqsəd olduğunu göstərir. Sadəlöhv Boqdan isə siyasi niyyətin qurbanı kimi təsvir olunur. Paralel xəttdəki - İkinci Dünya Müharibəsi dövründə baş verən əhvalatda da eyni motivlərə toxunulur.

Film Slobodan Seleniçin eyniadlı romanı əsasında çəkilib. Roman 1990-cı il hadisələrindən bəhs edən ilk əsərlərdən biri sayılır.

Avstriyalı rejissor Markus Şlaynzerin “Mixael” debüt filmi 2011-ci ildə Kann kinofestivalının əsas müsabiqəsində iştirak edib.

Süjet: Əhvalat pedofil Mixaeldən (Mixael Fuyt) bəhs edir. O, on yaşlı Vofqanqı (David Rauxenberger) oğurlayır və evinin zirzəmisində gizləyir, onunla seksual münasibətdə olur. Qonşularından kimsə onun cinayətkar olduğunu ağlına gətirmir. Mixael kənardan normal, tərbiyəli adam təsiri bağışlayır. O, sığorta şirkətində məmurdur. Daha sonra Mixael bir uşağı da oğurlamaq fikrinə düşür, amma cəhdi alınmır.

Bir dəfə Vofqanq onun üzünə qaynar su tökərək qaçmaq istəyir. Amma onun qaçmaq cəhdi baş tutmur. Final səhnələrdən birində Mixael bədbəxt hadisə nəticəsində ölür. Anası oğlunun evinə baş çəkir, təsadüfən burdakı zirzəmini görür və qapını açır...

Digər həmvətənləri Mixael Haneke, Ulrix Zaydl kimi Markus Şlaynzer də Avstriya cəmiyyətinin görünməyən qatlarına toxunur, zorakılığı, insan təbiətinin gizli tərəflərinin olduğunu göstərir. Biz çox vaxt, zahirən mədəni davranış sərgiləyən adamların əslində mahiyyətini bilmirik.

Amma problem ondadır ki, rejissor filmdə Mixaelin davranışının səbəblərini araşdırmır, dərinliyə varmır. Soyuqqanlı çəkilən filmdə müəllif daha çox hadisənin səthi təsviri ilə kifayətlənir.

Şlaynzer Hanekenin filmlərinin kastinq direktoru olub. O, ssenari üzərində beş ilə yaxın işləyib. Film real hadisə əsasında çəkilib: 1998-ci ildə Avstriayda on yaşlı Nataşa Kampuş itkin düşür. 36 yaşlı texnik Volfqanq Priklopil tərəfindən oğurlanan Nataşa 2006-cı ildə əsirlikdən qaça bilir. Priklopil isə intihar edir.

Oxşar xəbərlər

Xəbər lenti

İnsanlar məşhur sənət əsərlərini evlərində belə canlandırdılar - Fotolar
19:50 31 Mart 2020
Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020