Ankarada Azərbaycan günləri keçirilib

Ankarada Azərbaycan günləri keçirilib
9 sentyabr 2019
# 11:04

Ankarada keçirilən XVI Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalı çərçivəsində Azərbaycan Günləri təşkil olunub.

Azərbaycan Günlərində yerli ictimaiyyətlə bərabər rəsmi şəxslər, diplomatlar, Şirvan şəhərində gələn nümayəndə heyəti iştirak edib.

Festivalın bağlanış və Azərbaycan Günlərinə dair rəsmi tədbirdə Etimesgut bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafının əhəmiyyəti barədə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin nəsihətləri xatırlanıb. Vətənlərimizin qorunması, torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Elan edilib ki, sentyabrın 7-də PKK terrorçuları ilə atışmada xüsusi təyinatlı polis briqadasının Mardin şöbəsinin rəisi, əslən Etimesgut rayonundan olan Tufan Kansuvanın şəhid olması ilə əlaqədar tədbirin musiqili hissəsi ləğv olunub.

Qeyd edək ki, Etimesgut rayon bələdiyyəsi tərəfindən təşkil olunan, açılış avqustun 30-da keçirilən festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən qurulan ölkəmizə aid stend festivalın sonunadək fəaliyyət göstərib./azertag.az/

# 3676 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər