writer1

Dəniz Pənahova

Məqalə sayı

6
clock10:28 calendar-gray 05 Sentyabr 2019 view-gray4012 dəfə oxunub
view-gray4012 dəfə oxunub

Çox uşaq doğmaq cahillikdir

Azərbaycanda çoxuşaqlı qadınlar bir amal üçün yaşayır: doğmaq, doğmaq, yenə də doğmaq! Onlar serial təfəkkürlü qadınlardır. Məişət qoxan qadın olmağı seçiblər. Neyləsinlər, başqa seçimləri yoxdur!

Həyatın mahiyyətini dərk etmək yerinə mətbəxdə ömür çürüdürlər.

Çox uşaq yaratmağın təməlində duran problemlərindən biri də seks aclığıdır. Hər iki tərəf bu aclığı yaşayır.

İntellektual insan beynini sənət, kitab, filmlərlə doldurur. Gəzir, əylənir, təbiətdən zövq alır. Onlar üçün də seks önəmlidir, ancaq meditasiya kimi. Beyinlərinə seks siqnalı birinci ötürülmür. Ona görə də cəmiyyətin təfəkküründəki inqilab üçün birinci seks zəncirini qırmaq lazımdır. Axırıncı dəfə bizim cəmiyyətin qadınları Cəfər Cabbarlının əsəri ilə çadra inqilabı elədi. Davamı gəlmədi. Hanı bəs sinəsinə döyüb feministəm deyən qadınlar?!

Məni ən narahat edən məsələ mental dəyərləri əlində bayraq edib, o bayrağa bürünüb, altdan-altdan öz işlərini görənlərdir. Söhbət təkcə gənclərdən getmir. Elə onların dəyərlərini guya dırnaqarası qoruyan valideynlərdir. Qrup yoldaşımdan bir sitat gətirim. Rayondan şəhərə oxumağa gəlmişdi. Təfəkkürcə özünü müasir göstərirdi. İstər geyimi, davranışı, istərsə də düşüncəsi ilə. Ancaq ailəsinin yanında Tükəzabana çevrilirdi.

Yaxud, azadlığını gizli yaşayan başqa qadınlar... Onlar üçün azad seksdə var, azad düşüncə də. Ancaq onlar da evlənmək yaşlarına çatanda ənənənin qurbanına çevrilirlər. Anaları bu tip dırnaq arası qızları həkimə aparıb bakirəyə çevirir. Sonra da, ərə! Səbəb nədir? Ər qorxusu? Cəmiyyət xofu? Elə hamısı. Qoy camaat baxsın, desin, mənim qızım da ərə gedir.

Valideynlərinin ənənəsini tapdalayıb, onlardan uzaqlaşan azad yaşayan, uşaq doğan qadınlar da var. Onlar da gizli yaşayırlar. Valideynin qabağına çıxıb deyə bilmirlər ki, uşağım var. Əslində, onlar azaddırmı? Məncə, yox! Hamısı azadlığı yarımçıq yaşayır. Bəlkə də yarımçıq azadlıq qadın inqilabının qabağını kəsir. Bəlkə də elə yavaş-yavaş yarımçıqlıq bütövləşəcək. Bizim bu problemimiz Yaponiyada 60-cı illərdə aktual idi. Dünya bu proseslərdən, mental dəyərlərdən süzülüb keçib. Deməli, bizə hələ 100 il lazım olacaq.

Əvvəllər kənd yerlərində, hətta on, on iki uşaqlı ailələr olub. Həmin illərdə şəhərdə yaşayanların ən az beş uşağı olurdu. O vaxt UZİ aparatı yox idi. Uşaqların cinsi bilinmədiyindən oğlan olana qədər doğub-törəyirdilər. Sonra UZİçıxdı, doğumların sayı bir az azaldı. Amma banal ailələr yenə də trenddir. Kasıb olsan da, çox uşağın olmalıdı, deməsinlər, ərində problem var. Daha onların gələcəyini düşünmək öz həyatların yaşamaq qalıb qırağa.

Deyə bilərsiniz ki, bəs yaxşı dahi mütəfəkkir, Azərbaycanın Molyeri Axundov qəlibləri dağıdan adam olub, niyə çoxuşaqlı idi. Onun birinci evliliyindən 13 uşağı olsa da, onlar 6 yaşlarınacan vəfat edirlər. Uzun müddət yaşayan övladları Rəşid və Nisəxanım olur. Uşaq ölümünün səbəbləri o dövrün tibbi cəhətdən kasıb olması ilə də bağlıdır. Millət çarəni mollada görür, həkimsə samanlıqda iynə axtarmağa bənzəyirdi.

Tanıdığım üçuşaqlı intellektual bir ailə var. O da qayınanasının acığına düşüb oğlan olanacan doğub.

Qonşumun dörd uşağı var, bu azmış kimi beşinciyə də hamilədir. Hərdən rastlaşanda söhbət edirik. Deyir, uşaqlardan baş açılmır. Deyirəm, bu qədər uşağı neyləyirdin? Cavab elə gözlədiyim kimi oldu: “Biz tərəflərdə hər il bir uşaq doğmasan ərinə dırnaqarası baxırlar”. Əlim üzümdə qaldı. O qadına durub dünyadan, müasirlikdən, Borxesdən danışmaq yersiz olardı.

Niyə bizim kimi cəmiyyətlərdə doğmaq üçün bəhsə girirlər? Niyə dünyaya uşaq gətirməyin məsuliyyətini anlamırıq? Azərbaycan qadını nə vaxta qədər nəsil törətmə maşını olacaq?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021