Afaq Aslan ona erotik qəzəl yazan şairə əsəbiləşdi: “Mənə maraqlı deyil!”

Afaq Aslan ona erotik qəzəl yazan şairə əsəbiləşdi: “Mənə maraqlı deyil!”
27 avqust 2019
# 11:35

“Tanımıram o şairi”

Bu sözləri müğənni Afaq Aslan Kulis.az-a açıqlamasında şair Yafəs Türksəsin onun haqqında yazdığı qəzələ münasibət bildirərkən söyləyib.

O, daha sonra əlavə edib:

“Onun yazdıqları mənim üçün heç maraqlı da deyil!”

Kulis.az şair Yafəs Türksəsin öz Fb səhifəsində paylaşdığı həmin şeiri təqdim edir.

Qaşlarının tağına canımı qurban demişəm
Soyunub qaşlarını, fikrim qarışan kimidir.

O qara gözlərinə nə vaxt idi heyran idim
Sən demə linza imiş, halım pərişan kimidir.

Silikon dodaqları qəlbimi giryan elədi
Ehtirasdan yanıram, canım alışan kimidir.

Burnunu incə edib, həm silikonmuş yanağı
Qoymayır öpməyə heç, bir dəli ceyran kimidir.

Baxıb o həlqeyi-zülfünə əsir olmuş idim
Sən demə parik imiş, zikrim dolaşan kimidir.

Bir baxdım yanbızını da o silikon eləyib
Yeriyir canlar alır, fitnəli şeytan kimidir.

Deyirəm, maya qoyum, hər yerini get təzələ
Yenə sevmir məni o, lap Afaq Asan kimidir.

# 12503 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər