news-inner
clock11:38 calendar-gray 24 Avqust 2019 view-gray672 dəfə oxunub
view-gray672 dəfə oxunub

Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzərin filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun Kulis.az a verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibətini təqdim edir.

Firudin Qurbansoyun İsa Muğanna haqqında müsahibəsini soyuqqanlılıqla oxumaq olmur. Oxudum və utandım, amma bundan sonra onu oxumamamqdan utanmayacağam...

Bizim İnstitutda (Azərbaycan Respublikası Təhsil İnstitutu) bir vaxtlar İsa Hüseynovun (Muğanna) qohumu işləyirdi, sonra işdən çıxdı. Onun otağında hələ o vaxtlar yazıçının portretini görmüşdüm. Firudin bəyin müsahibəsini oxuyandan sonra fikrimdən keçdi ki, görəsən, o şəkil yenə oradadır, yoxsa yeni gələn əməkdaş harasa atıb? Gedib baxdım... O şəkli yerində görmədim, amma nikbinliklə fikirləşdim ki, portret bu köhnə otağa sığmadığı üçün onu sevən, onun böyük dəyərini qiymətləndirən ürəklərə köçüb...

Amma yenə də nəzərimdə canlandı: -

Gözləri dolmuşdu tozlu çərçivədəki İsa Muğannanın...

İnanca həqarət, əməyə hörmətsizlik, dəyərlərin kirlədilməsi... hamısı hüzn adında birləşib çökmüşdü kişinin üzünə...

Qayıdaq məlum müsahibəyə. Firudin bəyin dediklərinə bir də diqqət yetirək. Sovet dövrü Nəsimini, Nizamini, Füzulini niyə təbliğ edirdilər? sualına cavabı: “Onların yaradıcılığında ateizm məqamları tapırdılar. Əslində, ateizm məqamları yoxdur. Sadəcə olaraq, hərfi mənada elə başa düşürdülər. Məsələn, içkini, meyi, şərabı natural mənada başa düşürdülər ki, yəni bütün klassiklər vurublar. Halbuki, dillərinə qətiyyən dəyməyib. Nə Nizaminin, nə Füzulinin. Nizami and içib ki, Allaha and olsun, yaşım 60-a çatır, şərab içməmişəm.

Bu qədər ciddi mövzu haqqında, üzr istəyirəm, adam rəsmən çayxana söhbəti eləyir.

“Belə baxanda filmin heç bir mənası yoxdur. Çünki ssenarist də, rejissor da bu mövzunu bilmirdi. Mövzudan uzaq olan adamlar nə yazıb, nə çəkə bilərlər ki?! Həsən Seyidbəyli də bilmirdi Nəsimi yaradıcılığını. Aktyor ansamblı, hətta məsləhətçilər də bilmirdi”, - deyir.

Sual çıxır ortaya, bəs kim bilirdi? Azərbaycanda Nəsimini, ümumiyyətlə, din tarixini bilənlər dəvət olunmuşdu o filmin çəkilişinə, onların məsləhətlərilə ərsəyə gəlmişdi o film.

Unutmayaq ki, Sovet dövründə, məlumatların az olduğu vaxtda, bütün arxivlərin üzümüzə bağlı olduğu bir zamanda yazılıb bu əsər. Əldə olunan bütün tarixi materiallara əsaslanaraq bu qədərini yazıb ortaya çıxaran yazıçı dahidir.

İnanıram ki, müəllif Nəsimi haqqındakı fikirlərinin yarısını öz təxəyyül gücünün hesabına yazıb. Çünki İsa Muğanna filosofdur. Bütün dini kitabların tövsiyə etdiklərinin üstündə olan HƏQİQƏTi dərk edən biri Nəsimini dərk etməyə bilməzdi. Eyni zamanda onun da yaradıcılığının əsasını eynən Nəsimi kimi insan problemi təşkil edirdi. Onların hər ikisinin bədii təfəkküründə insanın real həyatda təbiətlə əlaqələrinə, aralarındakı qarşılıqlı münasibətlərə geniş yer verilirdi. Fikirlərində insan zəkasının nələrə qadir olduğu, amma fərdi, subyektiv mənfi keyfiyyətləri ilə cəsarətsizliyi ucbatından gözəlliklərdən məhrumluğun ağrısı ifadə və təsvir olunur. Nəsimidə olduğu kimi, İsa Muğannada da ictimai hadisələri öyrənməklə, doğru nəticə və qərar çıxarmaqla, ob­yektiv aləmi öyrənməklə insanlara yol göstərilir, onların təbiət, cəmiyyət və insan haqqındakı düşüncələri tənzimlənir, əxlaq, mədəniyyət, sülh, humanizm və s. bu kimi milli və yüksək bəşəri ideyalar formalaşdırılır.

Baxın, yazıçı Qılınc Qurban, İsfəndiyar kişi və b. qəhrəmanlarının timsalında insanın xarakter və düşüncələrini, psixologiyasını xalq düşüncəsi ilə necə bağlamağa çalışır. Kollu Koxa obrazı ilə insanın daxili aləmini açaraq onları kamilləşməyə çağırır.

Sanki, Nəsimi bu obrazın dili ilə yazmışdı əsrlər öncə bu kəlamlarını:

Bir ovuc tozdur küləklər qarşısında bu bədən,

Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən.

İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,

Aqil insan zər üçün öz ömrünü verməz hədər.

***

Ol əli kəsgil, buraxgil xeyri yoxdur, şərri çox,

Dutgil imdi ol əli kim, xeyrilə ehsan bitər.

Yüzlərlə belə misallar gətirməklə müqayisə etmək olar ki, İsa Muğannanın yaradıcılığındakı insan probleminin Nəsimi fəlsəfəsi ilə səsləşdiyinin sübutu olsun.

Belə bir yazıçı Nəsimini duymaya bilərdimi?

Bunlar İsa Muğannanın bədii-fəlsəfi görüşləridir, yazıçının mistik-fəlsəfi görüşlərini, əsərləri ilə çatdırmaq istədiyi vahid din konsepsiyasını nəzərə alsaq, Nəsimi fəlsəfəsi ilə (hürufiliklə) eyniləşdiyini görərirk (bu başqa mövzusudur).

Bütün əsərlərini göz önünə gətirərək, deyə bilərik ki, XX əsr Azərbaycan nəsrində İsa Muğanna insan zəkasını, cəsarətini, hiss və duyğularını sovet ideoloji konsepsiyalarından kənara çıxaraq təsvir edən ilk yazıçıdır. Vaxtilə haqqında çox danışılmış Azərbaycan 60-cılar nəsri faktiki olaraq İsa Muğanna şinelindən çıxıb. İsa Muğanna insanların yüz il sonra tanıyacağı Azərbaycan filosofudur.

Firudin Qurbansoyun “Etibar Erkin bu mövzunu yaza bilərdi” fikrinə isə qismən qatılıram. (Çünki, onun kimliyi və qeyri-adi istedadı, ruhi və dini bilikləri olduğundan xəbərdaram.) Bu mövzuya da İsa Muğannanın qızı Sevinc xanım açıqlıq gətirdi. Rəhmətliyin o ailəyə gedib-gəldiyini, yaxınlığını qeyd etdi. Çox güman ki, bu mövzuda məsləhətləşdikləri, qərara gəldikləri məqamlar olmuşdur.

Bunu da unutmayaq: Filmin rejissoru Azərbaycan kinosunun inkişafında böyük rolu olan Həsən Seyidbəyli həm də yazıçı idi...

Filmin məsləhətçiləri tanınmış mətnşünas, əruzun bilicisi Əli Fəhmi, yaradıcılıq baxımında M. Quluzadə, fəlsəfə üzrə Z. Quluzadə olublar. (bildiklərimi qeyd etdim) Onların hər birinin öz sahəsində Azərbaycan elminə verdiyi töhfələr danılmazdır.

Rasim Balayev şeirləri düz oxumasaydı, bu ustadlar razılıq verərdilərmi? Heç şübhəsiz, filmdə dövrün, zamanın diktə etdiyi müəyyən pafos elementləri var. Şerin aktyor tərəfindən ifasında bu elementlər, ola bilər ki, daha qabarıq nəzərə çarpır. Bu, həm də Azərbaycan sovet kinematoqrafında sırf milli mövzuya müraciətin rus şovinizminin qəddar çərçivələrindən kənara çıxan ilk nümunələrindən biri idi. Odur ki, müəyyən eyforik effektin olması təbiidir.

Deyir ki,“Yəni irfan əhli deyirdi ki, bizi divlər, bizi şeytanlar idarə edir, biz bunların pəncəsindən qurtulmalıyıq, bu qəfəsdən çıxmalıyıq.”

İrfan əhli hara, div, şeytan hara? Görəsən Firudin bəy öz dediyini eşidirdimi?

F.Qurbansoy“... bir insanın bir neçə yerdə dəfn olunması faktı var.” - deyir.

Fərziyyələri fakt kimi qeyd etmək ziyalı adama yaraşmaz.

“Nəsiminin Şirazda, Türkiyədə, Hələbdə qəbirləri var.”

Nəsiminin Şirazda anadan olduğunu yazan mənbələr vardı, amma məzarının olduğunu heç bir mənbə yazmayıb.

Türkiyədəki məzar İmadəddin Nəsiminin yox, XVII əsrdə yaşamış Kul Nesimi adlı bir şairindir. Şah İsmayıl, Pir Sultan Abdal və İmadəddin Nəsiminin tərzinə yaxın qəzəllər yazıb...

Firudin bəyin “filmin heç bir mənası yoxdur.” ifadəsinə isə yəqin ki, Nəsimi özü baxıb gülərdi və deyərdi ki:

Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!

Aldanma anın alına, andan həzər еylə!

İsa Muğanna dərgahının bir sirli otağı var, o otağın işığını görməyən oxucu onun nəinki sirri, heç dərgahı da olduğuna inanmayacaq.

İnsanların haqqına girməkdən qorxun.

news-inner-user

13196 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örənin Fransada romanı çıxır
14:32 17 Noyabr 2019
Fikrət Sadıqın oğlu: “Atama görə davalara düşürdüm” – Müsahibə
17:30 16 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019
Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
15:11 16 Noyabr 2019
Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə
14:00 16 Noyabr 2019
TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
13:29 16 Noyabr 2019
Bizdə seks inqilabı olarsa...
12:25 16 Noyabr 2019
Azərbaycanlı ilahiyyatçı: "Quranda baş örtüyü yoxdur"
11:32 16 Noyabr 2019
Elçin Əlibəyli TV-dən getdi
10:47 16 Noyabr 2019
Noyabr ayı üçün ən çox gözlənilən filmlər
10:12 16 Noyabr 2019
Siyasətə görə atası ilə düşmən olan jurnalist - Sevda Sultanova yazır...
09:00 16 Noyabr 2019
Salam Qədirzadənin oğlu: “Atamın adından istifadə eləməyi xoşlamıram” – Müsahibə
21:00 15 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
18:40 15 Noyabr 2019
Məşhur ifaçı Bakıda konsert verəcək
18:01 15 Noyabr 2019
Dünya şöhrətli musiqiçi: “Vikinqlərin vətəni Azərbaycandır”
17:30 15 Noyabr 2019
Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı olub
16:51 15 Noyabr 2019
Müğənnilər deputata cavab verdi: “Getsin, kasıb-kusuba əl tutsun”
16:20 15 Noyabr 2019
Mir Cəlal adına hekayə müsabiqəsinə start verildi
15:38 15 Noyabr 2019
Üzü günə qalan evlər - Tanımadığımız şairdən seçmə şeirlər
15:01 15 Noyabr 2019
Rəfael və Coşqun "Şabaş"a görə qadın paltarı geyindi
14:20 15 Noyabr 2019