Anara açıq məktub: Axı siz nə istəyirsiniz?

Anara açıq məktub: Axı siz nə istəyirsiniz?
12 avqust 2019
# 15:56

AYB sədri, xalq yazıçısı Anara açıq məktub

Hörmətli Anar müəllim!

Bu məktubu sizə bəzi məsələlərdən narahat olduğuma, içimi didən suallara cavab tapmaq üçün səmimi qəlbdən yazıram. Həqiqətən də yüzlərlə yazıçı həmkarım kimi mən də çox narahatam və içimdə çoxlu suallar var. İnanın, bu suallar təkcə məni deyil, bütün yazarları düşündürür. Bəlkə də məndən çox sizin ətrafınızdakı insanlar narahatdır, lakin müxtəlif məsələlərə görə susmağa üstünlük verirlər.

Öncə onu deyim ki, siz keçmiş xalq yazıçısı Əkrəm Əylislinin təklifi ilə AYB-yə sədr seçiləndə mən heç ana bətnində də deyildim. Bu gün mənim üç övladım var və siz hələ də sədrsiniz. Lap yaxşı, qoy olsun, bunda işim yox. Amma necə sədrsiniz? Gəlin bu haqda bir az danışaq.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Hörmətli Anar müəllim!

​ ​ ​ ​ ​ ​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Allahı and verirəm öz allahlığına ki, sizə həddindən artıq uzun ömür versin. Allaha öz ömrümdən kəsib sizə versin deyə dua eləmirəm, çünki bilirəm ki, Rəşad Məcid mənə imkan verməz. Elə kimdən kəsir, kəssin, təki beşcə il versin ki, növbəti qurultayda da sizi sədr seçə bilək. Ancaq bu sədrlik də bir az qəribə alınır. Siz qurultay nümayəndə olaraq həmişə öz adamlarınızı seçirsiniz, hamı sizə səs verir, gülünc vəziyyət yaranır. Keçən qurultayda Məmməd İsmayıl dedi ki, Anar, sən mütərəqqi düşüncəli adamsan, hanı gəncliyin namizədi? Hanı alternativ düşüncə? O vaxtdan Məmməd bəylə düşmən olmusunuz. Siz öyrəşmisiniz ki, hamı sizə yaltaqlansın, hamı sizin dediyinizlə oturub-dursun. Əks halda küsürsünüz, inciyirsiniz, məsələni şəxsiləşdirib düşmənçilik aparırsınız.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Müsahibənizdə deyirsiniz ki, 32 ildir AYB-ni demokratik prinsiplərlə idarə edirsiniz. Siz nə dediyinizin fərqindəsinizmi? 32 il bir kürsünü tutub demokratiyadan danışmaq hansı məntiqə sığır, hansı qaydalara söykənir? Hansı demokratik ölkədə yaradıcı təşkilata 32 il bir adam rəhbərlik edib? Ümumiyyətlə, Qəddafidən sonra 30 ildən artıq eyni vəzifədə oturan adam varmı? Siz bizi dolmısınız?

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Bu gün ədəbiyyatımız sizin və ətrafınızdakı insanların şəxsi biznes meydanıdır. AYB-ni ədəbiyyatımızın və mədəniyyətimizin qəbiristanlığına çevirmisiniz. Azacıq da olsa yeni ab-hava istəyən yazıçıları müxtəlif formalarda üzvlükdən uzaqlaşdırırsınız. Çingiz Abdullayevin 6-cı maşınının şəklini paylaşdığıma görə mənim başıma gətirdiyiniz oyunları unutmusunuz? Siz demokratiyanı doğrudan bu cür qavrayırsınız?

Necə olur, sizin 9 kitabınıza redaktor olan hansısa gənc bir xanım AYB xətti ilə ev alır, amma ömrünü sözə xərcləmiş insanlar kirayələrdə çürüyür? Budurmu sizin demokratiyanız?

​ ​ ​ ​ ​ ​

Hörmətli Anar müəllim!

Axı siz nə istəyirsiniz? Ömrünüz 80-ni keçib, ağlınız yüzün müdrikliyindədir, niyə gedib qalan ömrünüzü nəvələrinizlə keçirmirsiniz? Yoxsa, biz nəvələrinizlə oynamaq xoşunuza gəlir? Sizin tay-tuşlarınız ölkəsinə Nobel mükafatı gətirir, siz isə hansısa gənc yazarla vuruşursunuz və ona qalib gəlib həyatını məhv edəndə sevinirsiniz.

Məcburam bunu da deyəm ki, zəhmət olmasa, tarixin bircə minilliyinə nəzər salın, kimlər yaşamayıb? Böyük ölkələrin şahları, sərkərdələri, vəzirləri, xanları... Kimlər nə aparıb, Anar müəllim? Sizin bu dünyadan apara biləcəyiniz arxanızca deyiləcək bir kəlmə xoş sözdən başqa nə olacaq?

Egey dənizində başınıza gələn hadisə ilə bağlı deyirsiniz ki, bilməmisiniz öz dilimizdə “fəryad”mı deyə səslənəsiniz, türk dilində “imdad”mı deyə çağırasınız, yoxsa beynəlxalq dildə “sos”mu deyə qışqırasınız.

Barı bundan sonra qərarlar verəndə sizi ölümlə qovuşdurmaq istəyən Egey dənizini yadınıza salın və nə öz dilimizdə “fəryad” deyin, nə türk dilində “imdad”, nə də beynəlxalq dildə “sos”. Haqqın dilində danışın, Anar müəllim, haqqın dilində...

# 3933 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #