Şair ağır vəziyyətdədir - Yazıçılar müraciət etdi

Şair ağır vəziyyətdədir - Yazıçılar müraciət etdi
12 avqust 2019
# 12:14

Bir qrup yazıçı şair Fərqanə Mehdiyevanın müalicəsi ilə bağlı AYB sədri, Xalq yazıçısı Anara müraciət imzalayıb. Kulis.az həmin müraciəti təqdim edir.

Hörmətli Anar müəllim!

Uzun illər davamlı müalicə almaqla həyatla ölüm arasında çarpışan xalqımızın sevimli şairi Fərqanə xanım Mehdiyeva indi ağır durumdadır.

Son aylar Fərqanə xanımın səhhətində ciddi problemlər yaranıb. Təbrizdəki və Bakıdakı həkimlərin qoyduğu son diaqnozlar göstərir ki, Fərqanə xanımın müalicəsinə qayğı və diqqətlə yanaşılmasa, bu xəstəlik daha ağır fəsadlara yol aça bilər.

Bildiyiniz kimi, Fərqanə xanım Mehdiyeva çağdaş poeziyamızın istedadlı nümayəndələrindən biridir. “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsini icra edən Fərqanə xanım görkəmli bir ziyalı olmaqla yanaşı, eyni zamanda, xalqın sevilən şairi, gənclərin yaxın dostu və müəllimidir. Ona mənəvi və maddi dayaq olmaq hər birimizin borcudur.

Hörmətli Anar müəllim, Fərqanə xanımın müalicə alıb sağalması üçün dövlət qayğısına böyük ehtiyac var. Sonrakı peşmanlığın faydasız olduğunu nəzərə alıb, bu işdə AYB-nin təşəbbüsü ələ almasını, Fərqanə xanımın müalicə olunması üçün lazım olan maddi köməklik göstərilməsini sizdən xahiş edirik. Biz isə öz dualarımızla yanaşı, əlimizdən gələn köməyi sizinlə bölüşməyə hazırıq.

Sizə dərin hörmətlə: Aləm Kəngərli, Faiq Balabəyli, Elçin İsgəndərzadə, Ramiz Qusarçaylı, Adilə Nəzər, İlqar Türkoğlu, Günel Eyvazlı, Afaq Şıxlı, Əsəd Cahangir, Aləmzər Sadıqqızı, Ağacəfər Həsənli, Arzu Nehrəmli, Zəka Vilayətoğlu, Zemfira Məhərrəmli, Nəzakət Məmmədli, Ayaz Arabaçı, Aysel Xanlarqızı Səfərli, İbrahim İlyaslı, Hüseyn Sözlü, Kənan Hacı, Sehran Allahverdi, Kəmaləddin Qədim, Məmməd Tahir, Aybəniz Əliyar, Nuranə Nur, Əlirza Xələfli, İlham Qəhrəman, Şahin Musaoğlu, Fəxrəddin Teyyub, Murad Köhnəqala, İradə Aytel, Səfər Alışarlı, Sadiq Qarayev, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Vasif Süleyman, Elbariz Məmmədli, Əkbər Qoşalı, İbrahim İlyaslı, Nadir Azayoğlu, Əyyub Qiyas, Süleyman Hüseynov, Şəfiqə Şəfa, Həyat Şəmi, Təranə Vahid, Maarif Soltan, Səfa Rəşid, Oktay Şəfioğlu, Səxavət Talıblı, Süleyman Abdulla, Nurəddin Ədiloğlu, Süleyman Hüseynov, Meyxoş Abdullah, Qəzənfər Kazımov...

# 5553 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər