XI Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşıb

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşıb
6 avqust 2019
# 15:09

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

APA-nın xəbərin görə, 11 ildir, müxtəlif musiqi çalarlarının Azərbaycanda təbliği dövrünü yaşadan və musiqisevərlərin qəlbində xüsusi yer tutan Qəbələ Beynəlxalq Musiqi Festivalında sonuncu konsert keçirilib.

11 ölkədən 200 nəfərdən artıq musiqiçinin iştirakı ilə baş tutmuş konsertlər silsiləsində Azərbaycanın müxtəlif bölgələrindən və xaricdən gəlmiş çoxsaylı musiqi həvəskarları canlı ifaları dinləməyə imkan əldə ediblər. Bu musiqinin özəlliyi tək canlı ifa ilə kifayətlənmir, bununla yanaşı onun nəcibliyi və zənginliyi dinləyicilərin ürəklərinə yol tapa bilir. Milli və beynəlxalq klassik musiqi irsinin bir sıra maraqlı nümunələri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramında yer alıb.

Builki Festival Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən Azərbaycana dəvət almış dünyada tanınmış dirijorların, görkəmli musiqiçilərin, simfonik və kamera orkestrlərin, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışları ilə yadda qalıb.

Avqustun 5-də Qəbələ Mədəniyyət Mərkəzində Festivalın yekun konserti keçirilib. Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı, İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri dinləyicilərə təqdim edilib. Festivala Rusiya, Litva və Özbəkistandan dəvət almış solistlər Mariya Buynosova, Modestas Sedleviçius və Umid İsrailovun müxtəlif səs diapazonları ilə seçilən ifaları tamaşaçılara xüsusi zövq yaşadıb. Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” hissəsini ifa ediblər.

Xatırladaq ki, altı gün davam edən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”-in təşkilatçılığı ilə keçirilib.

# 2448 dəfə oxunub

Oxşar xəbərlər

3800 il əvvələ aid şəhər tapıldı -  İnsanlar quraqlıqda necə sağ qalıblar?

3800 il əvvələ aid şəhər tapıldı - İnsanlar quraqlıqda necə sağ qalıblar?

18:40 12 sentyabr 2025
Xalq artisti  palataya köçürüldü

Xalq artisti palataya köçürüldü

18:30 12 sentyabr 2025
"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

17:50 12 sentyabr 2025
"Giorgio Armani" brendi kimə miras qaldı?

"Giorgio Armani" brendi kimə miras qaldı?

17:30 12 sentyabr 2025
"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

17:00 12 sentyabr 2025
Bakıda K-Pop musiqi festivalı keçirildi

Bakıda K-Pop musiqi festivalı keçirildi

16:30 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər