Məsciddə azan verdi, ağır xəstəliyə tutuldu, müalicəyə razı olmadı – Aydın Xırdalanlı haqqında maraqlı faktlar

Məsciddə azan verdi, ağır xəstəliyə tutuldu, müalicəyə razı olmadı – Aydın Xırdalanlı haqqında maraqlı faktlar
31 iyul 2022
# 21:00

Bu gün məşhur meyxanaçı-qəzəlxan Aydın Xırdalanlının doğum gündür. Kulis.az ad günündə Aydın haqda maraqlı faktları təqdim edir.

Aydın Xırdalanlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb.

Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinə azan verdiyi də olub.

1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb.

Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Image result for Aydın xırdalanlı kulis.az

Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. Müsahibələrinin birində bunları deyib: “Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar.”

Aydının sonuncu müsahibəsindən: “Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim.”

Sənətkar həyatının son dövründə depressiyada idi. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb.

Qonaq olduğu verilişlərin birində Elza Seyidcahanın şeirlərindən meyxana deməyini istəyiblər. Aydın bu rəftarı ələ salmaq, rüsvayçılıq hesab edərək verilişdən çıxıb gedir. Sonra deyir ki, Elzanın şeirləri heç əruza belə yaxın deyildi: “Buna görə verilişdən çıxıb getdim. Arxamca nələr danışmadılar ki?! Birincisi, deyərlər, işi var idi, getdi. Uzaq başı yüngülvari deyərlər, özünü pis hiss elədi. İki dəqiqədən bir deyirlər ki, Aydınla əlaqə yarada bilmirik. Vəziyyəti pisləşib. Anam da efirdə baxıb narahat olub. Hələ bir səhəri gün mənə zəng edib utanmaz-utanmaz müsahibə almaq istədiklərini deyirlər. Mən də imtina etdim”.

Image result for Aydın xırdalanlı

Müsahibələrinin birində deyir: “Müğənnilərin içində də nə qədər desən narkoman var. Misal üçün biri Xalq artisti Faiq Ağayev, Samir Bağırov, Rəmiş. Faiq Ağayevi niyə bıçaqlamışdılar bəs? Kubinkaya narkotik dalınca getmişdi, orda da nə isə söhbət düz gəlmədiyinə görə yaxşı oğlanların biri altı bıçaq vurmuşdu ona...”

Aydının xəstə olduğu vaxtlarda dostu onu müalicə etdirmək istəyir, ancaq meyxanaçı bunu qəbul etmir.

Image result for Aydın xırdalanlı

Anası onun ölüm saatlarını bu cür təsvir edir: “Səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar. Qayıtdı yenə evə, elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy, baxım, dedi. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi”.

# 20573 dəfə oxunub

Oxşar xəbərlər

Xavyer Bardem müğənni Pinkin UNICEF səfirliyindən məhrum edilməsini tələb etdi

Xavyer Bardem müğənni Pinkin UNICEF səfirliyindən məhrum edilməsini tələb etdi

10:30 25 sentyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:07 25 sentyabr 2026
Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

18:40 24 sentyabr 2026
Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

18:00 24 sentyabr 2026
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

17:30 24 sentyabr 2026
“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

17:27 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər