Youtube-də ən çox izlənilən mahnı elan olundu

Youtube-də ən çox izlənilən mahnı elan olundu
23 iyul 2019
# 17:05

Əfsanəvi “Queen” rok-qrupunun “Bohemian Rhapsody” mahnısı YouTube kanalında köhnə kliplər arasında rekord vurub.

Mahnıya çəkilmiş video-klipi 1990-cı illərədək bəstələnən mahnılar arasında ilk dəfə 1 milyarddan çox tamaşaçı izləyib. Bunu qeyd etmək üçün həmin videonun HD versiyası “YouTube Music, Universal Music Group & Hollywood Records” şirkətinin əməkdaşlığı ilə YouTube platformasına yüklənib. Köhnə mahnılar arasında “Queen” qrupundan sonra ikinci yeri 965 milyon baxış sayı ilə “Guns N' Roses” ansamblının “Sweet Child O' Mine” mahnısı tutur.

YouTube kanalında yeni mahnıları arasında ən çox baxılan isə Luis Fonsi və Daddy Yankinin 2017-ci ildə təqdim etdikləri “Despacito” mahnısıdır. Bu video-klipə rekord sayda – 6,3 milyard baxış olub. İngilis musiqiçisi Ed Şeranın “Shape of You” mahnısı isə 4,3 milyard baxış sayı ilə ikinci yerdə gəlir. Sonrakı yerləri Castin Biberin “Sorry” və “Baby Shark Dance” mahnıları tuturlar. /bbc.com/

# 4288 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər