Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
20 iyul 2019
# 15:22

Fransız aktyoru Pyer Rişar Yessentukidə “Xrustalnıy İstoçnik” populyar kino janrları festivalının açılışı mərasimində fəxri qonaq qismində iştirak edəcək.

Yessentukinin mərkəzində, Ulduzlar xiyabanında aktyorun adlı ulduzunun açılışı olacaq.

Kinofestivala dəvət olunanlar arasında Tamara Qverdtsiteli, İvar Kalnınış, Aleksandr Baluyev, Alla Surikova, Larisa Quzeyeva və başqaları var.

Festivalın əsas müsabiqəsi üçün “Keyptaun limanında”, “Sonuncu sınaq”, “Bu, əbədi deyil”, “Əziz ata” və s. kimi filmlər seçilib. Festivalın prezidenti və təsisçisi aktyor Evklid Kyurdzidisdir. Onun sözlərinə görə, Ulduzlar xiyabanında açılış mərasimində iştirak etməyi planlaşdıran məşhur aktrisaların - 2018-ci ildə festivalın qonağı olmuş Katrin Denyovun, Alisa Freydlixin, Svetlana Nemolyayevanın və İrina Muravyovanın adlı ulduzlarını da yerləşdirmək planlaşdırılır.

Stavropol diyarında “Xrustalnıy İstoçnik” festivalı ikinci dəfədir keçirilir. 2018-ci ildə kinofestivala 100 mindən çox adam qatılıb. Tədbir Stavropol diyarı hökumətinin, RF Mədəniyyət Nazirliyinin, RF Millətlərin İşləri üzrə Federal Agentliyinin dəstəyi ilə keçirilir. /azertag.az/

# 9028 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər