Tərcüməçi-yazıçı Məmməd Məmmədlinin kitabı çap olunub.

Tərcüməçi-yazıçı Məmməd Məmmədlinin kitabı  çap olunub.
19 iyul 2019
# 14:01

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin “Ay işığı” kitabı “Təhsil” nəşriyyatı tərəfindən çap olunub.

Layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir. Kitaba ispan yazıçılarının əsərlərindən ibarət povest və hekayələr daxil edilib.

Məmməd Məmmədli müstəqillik dövrünün yetirməsidir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. İspan ədəbiyyatına, mədəniyyətinə böyük marağı olduğundan hələ tələbəlik çağlarından tərcüməyə həvəs göstərib. Vaxtaşırı ispandilli yazıçıların əsərlərindən nümunələri dilimizə çevirib. Povest və hekayələrindən ibarət tərcümə əsərləri ilə “Ulduz” jurnalında müntəzəm çıxış edir.

“Ay işığı” kitabında Xavier Serkasın “Təhrik” povesti, Qustavo Adolfo Bekkerin “Ay işığı”, İ.Ayendenin “Ümidsiz sevgi məktubları”, V.B.İbanyesin “Məhkum olunmuş qadın”, “Mavrin qisası”, “Dənizdə”, X.Rulfonun “Alovlu gecə” hekayələri yer alıb. /azertag.az/

# 4850 dəfə oxunub

Oxşar xəbərlər

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər