Sevgi nifrətdən də təhlükəlidir... - “Leyla ilə Məcnun”dan seçmələr

Sevgi nifrətdən də təhlükəlidir... - “Leyla ilə Məcnun”dan seçmələr
9 iyul 2019
# 15:22

Kulis.az Burak Aksakın “Leyla ilə Məcnun” romanından seçmələri təqdim edir.

“Bəlli ki aşiq olmusan övladım. Bura çarəsiz aşiqlərin son dayanacağıdır. Sevdiyinə qovuşsan məşq, qovuşmasan eşq olur. Qovuşmayan aşiqlər sevdiklərini bu səhrada axtarırlar, qovuşanlar isə dəllal yanında gəzib dolaşarlar.”

Image result for leyla ile mecnun

“Dədə, insan sevdiyini necə unudur? Mən hələ Besiktaşın 1992-93-cü mövsümündə oynayan komanda heyətini unutmamışam. Bu qızı necə unuda bilərəm? Bu qaynar qumluq, bu alov kimi yanan günəş, bu qütb ayısı şahid olsun ki, mən bu qızdan heç vaxt əl çəkmərəm dədə... Yuh! Orada qütb ayısı var?”

Image result for leyla ile mecnun

“İnsan aldığı hər zərbədən sonra “Yox, bundan sonra heç kimə etibar etmərəm” deyib növbəti dəfə zərbə almağa davam edən bir canlıdır”

Image result for leyla ile mecnun

“İnsan ən çox keçmişindən qaçır, ancaq insanı ən çox da keçmişi xoşbəxt edir.”

Image result for leyla ile mecnun

“Hər evin özünə məxsus qoxusu var. Özgə bir evə girəndə sənə qəribə gələn qoxu həmin evdə yaşayanlar üçün rahatlığın, əmin-amanlığın qoxusudur.”

Related image

“Bəzi ataların sakitliyi də Fevzi Tuncayın qoruduğu Beşiktaş qalası kimidir. Ən güvəndiyin məqamda sənə qol vurdura bilər.”

Image result for leyla ile mecnun

“Bax, dəliqanlı, həyat düşündüyümüzdən daha qarışıqdır. Hər xaos öz sistemini yaradır. Və inan mənə son deyilən bir şey yoxdur. Sadəcə başlanğıc var. Hər sonluq başqa bir başlanğıcı yaradır. Mən yeni başlanğıclara inanıram.”

Related image

“İnsan ən böyük səhvi zaman məsələsində edir. O, özünü zamanın sahibi hesab edir. Hər dəfə necə olsa edərəm, hələ vaxtım var deyir. Ancaq zaman su kimi insanın əllərindən axıb gedir.”

Image result for leyla ile mecnun

“Sevgi bəzən nifrətdən belə təhlükəli olur.”

Related image

“İnsan böyüdükcə səmaya baxmağı da tərgidir.”

Image result for leyla ile mecnun

“Bu düynada hər kəsin bir yükü var. Mənim yüküm də xəyallarımdı.”

Related image

“Çoxluq bəzi gözəllikləri görməyinizə mane olur. Ya da bəzi gözəlliklər çoxluq azaldığı zaman ortaya çıxar.”

Image result for leyla ile mecnun

“Bəlkə başqa zaman, başqa bir yerdə, nəhayətdə yarımçıq qalan hər şey tamamlanmağa məhkumdur.”

Related image

“Son sözü deyənin mübahisəni qazandığı, daha çox qışqıranın haqlı görüldüyü, daha çox rəğbət olunanın uğurlu sayıldığı dünyada yaşayıram.”

# 7492 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər