"Avropanı qayaüstü incəsənətlə gəzək" adlı sərgi açılıb

"Avropanı qayaüstü incəsənətlə gəzək" adlı sərgi açılıb
5 iyul 2019
# 18:11

İyulun 5-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Avropanı qayaüstü incəsənətlə gəzək" adlı sərgi açılıb.

Sərgi Portuqaliyanın UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koanın qayaüstü təsvirlərinə həsr olunub.

Tədbirin açılış mərasimində çıxış edən Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Qobustan qoruğunun dünyada tanıdılması üçün müxtəlif layihələr icra olunur, əməkdaşlıq əlaqələri qurulur. Bu sərginin təşkil olunması da Qobustan Milli Tarix-Bədii Qoruğu ilə Foz Koa qoruğu arasında əməkdaşlığın başlanğıcı olacaq. Vurğulayıb ki, iki qoruq arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bu ilin oktyabr ayında Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunacaq.

Foz Koa qoruğunun direktoru Buruno Navarro bildirib ki, rəhbəri olduğu qoruqda olan qayaüstü rəsmlərin yaşı 20-30 min ili əhatə edir. Avropanın iki ən böyük açıq səma altında qayaüstü incəsənət abidəsi olan Qobustan və Foz Koanın arxeoloji kontekstə bənzər cəhətləri var. Bildirilib ki, tədqiqatçılar xüsusilə bu iki abidənin hazırda nəsli kəsilmiş ibtidai öküz təsvirlərinin stilistik və xronoloji bənzərliyini vurğulayırlar. Qeyd edilib ki, bu sərginin təşkil olunması Qobustan qoruğu ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq. Budan sonra qarşılıqlı səfərlərin, sərgilərin təşkil olunması, təcrübə mübadiləsinin aparılması istiqamətində çalışacağıq.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar.

Sərgidə Foz Koa dərəsində qayaüstü təsvirlərin aşkar olunması, onların qorunması uğrunda ictimaiyyətin mübarizəsi, bu qayaüstü incəsənətin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi, burada aparılan arxeoloji araşdırmalar haqqında məlumatlar və illüstrasiyalar öz əksini tapıb.

Sərgi iyulun 15-dək davam edəcək. /azertag.az/

# 3156 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər