news-inner
clock15:35 calendar-gray 04 İyul 2019 view-gray361 dəfə oxunub
view-gray361 dəfə oxunub

Adı “Unutmuşam” olan mərhum jurnalistimizin "son zəng"i - Reportaj

Zabil Müqabiloğlu ilə ilk tanışlığım yadıma düşür. Oda Teatrının yaranmasının il dönümüylə əlaqədar aktyorlar, dostlar bir yerə toplaşmışdıq. Qərar verdik ki, çimərliyə gedək. Hava qaralmışdı. Çimərlikdə tək-tük adam gözə dəyirdi. Masa ətrafında rejissor İmam Həsənov, aktyor Elmin Bədəlov, Elza Furtado vardı.

Zabil Müqabiloğlu sonradan gəldi deyəsən. Maraqlı, məzəli əhvalatlar danışır, bir yandan da içirdi. O gecə bu səmimi, orijinal adamı tanımışdım.

Sonralar onunla heç yerdə rastlaşmadıq. İlk və son dəfə gördüyüm Zabil Müqabiloğu bu gün dünyada yoxdu. Necə də ağrılı cümlədir...

Bu gün isə Beynəlxalq Mətbuat Mərkəzində Zabil abinin xatirəsinə həsr olunmuş “Son Zəng” kitabının təqdimatıdır. Mərasimə tələsirəm. İçəridə ölü sükut var. Böyük masanın qarşısında manitorda Zabilin keçdiyi ömür yolu fotolarla bizlərə təqdim edilir, səssiz-səmirsiz.

Masada kitablar gözə dəyir. Elə bil Zabil özü əyləşib hər stul arxasında. O ölməyib, hər masada o var, işıqlı təbəssümlə bizə baxır. Çox sadə, səmimi baxışları ilə bizi süzür.

BMM-də Mətbuat Şurasının sədri Əflatun Amaşov, Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, tanınmış jurnalistlər Qulu Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Arzu Nağıyev, Yadigar Məmmədli və başqa tanınmış simalar iştirak edir.

“Son zəng” kitabında Zabil Müqabiloğlunun şeirləri və hekayələri, həmkarlarının onun haqqında yazdıqları esselər toplanıb. Jurnalistlər - Qulu Məhərrəmli, Həbibə Abdulla, Famil Cəfərli kitabın hazırlanmasına böyük kömək göstəriblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qonaqlara mərasimin başlandığını bildirir. Hamı bir nəfər kimi susur. Diqqət Əflatun müəllimə yönəlir.

“Kitabda mərhum jurnalistin şeirləri ilə yanaşı həmkarlarının xatirələri də yer alıb. Bu onun həyata son zəngidir. Onunla bağlı xatirələr dostlarının qəlbində hər zaman yaşayacaq. Xatirələrin bir hissəsi bu kitabda öz əksini tapıb. Sevinc xanımın simasında bacının qardaşa dərin sevgisinin şahidi oluruq. Bu gün mərasimdə iştirak edən bir çox şəxsin bu kitabda xatirələri dərc olunub. O, çox istedadlı jurnalist idi. Müxtəlif mətbu orqanlarda çalışıb. Zabil Müqabiloğlu yaddaşımızda hər zaman yaşayacaq. Onun xatirəsi həmişə diri qalacaq. Bu kitab onu yaşadacaq. Tale ona 40 yaşdan artıq yaşamağa icazə vermədi. Allah ona rəhmət etsin, balasını qorusun”.

Əflatun bəy sözü Qulu Məhərrəmliyə ötürür:

“Kitabda bir dənə olsun saxta not yoxdur. Çünki Zabilin özü də səmimi, təbii insan idi. Bu kitabda enerjili, səmimi cümlələr çoxdur və bu, Zabilin ömrünü, hisslərini, yaşantısını uzatmaq üçündür. Kitabın ərsəyə gəlməsində başda Mətbuat Şurası olmaqla əməyi olan hər kəsə təşəkkür edirəm. Bu kitab onun ruhuna ithaf kimidir”.

Əflatun Amaşov Zabilin yazdığı şeirdən bir misra oxuyur:

Qapadım gözlərimi,

ağ dünyanı qara gördü,

dözmədi buna, gözümə etdim.

bağışla, bağışla məni,

bu dünyaya gətirdin, sevdirdin

və bu qədər yaşatdın, həyat…

Tədbir iştirakçılarının köks ötürdükləri hiss olunur.

Bu dəfə "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə söz verilir. Rəşad müəllim ölü sükutu, həzin notları aradan qaldırır. Axı Zabil abi həm də yumor dolu, zarafatcıl insan idi.

“Zabil Müqabiloğlu səhv etmirəmsə, 1999-cu ildə “525-ci qəzet”də jurnalist kimi fəaliyyətə başladı. Zabil jurnalist kimi də, insan kimi də çox səmimi, mehriban, sədaqətli insan idi. İnsanlarla tezliklə ünsiyyət qururdu. Yadımdadır, bir dəfə Zabillə birgə Polşada ATƏT-in tədbirində olmuşduq. Polşada böyük bir mitinq keçirilirdi. Həmyerlilərimiz Azərbaycan bayraqlarını qaldırmışdılar. Zabil bunu görəndə çox sevindi”.

Elə bu an monitorda Zabillə Rəşad Məcidin fotosu görünür. Rəşad müəllim, üzündə təbəssümlə sözünə davam edir.

“Bir dəfə Zabil rusiyalı deputatlarla söhbət edərkən onlar onun adını soruşurlar. O isə adının Zabil olduğunu deyir. “Zabil” də rus dilindəki “забыл” sözünü assosiasiya edir ki, bu da “unutmuşam” deməkdir. Onlar buna təəccüblənir və öz dillərində deyirlər ki, “necə yəni unutmuşam?!”

Mərasimə toplaşan adamların üzlərinə təbəssüm qonur.

“Zabil xarici deputatlarla dil tapa bilirdi. Ünsiyyəti çox sevirdi, enerjili, səmimi insan idi”. – Rəşad Məcidin çıxışının son notları...

“Son Zəng” kitabını açıram. Zabil abi bu kitabla yaşayacaq. Xatirələr onu tez-tez yaddaşımıza salacaq. Ruhu bizimlə olacaq. Bir an həzin duyğular pərçimləyir məni. Özümü düzəldirəm. Zabil burda olsaydı, heç birimizi kədərli görmək istəməzdi deyə düşünürəm.

Elə bu an Yadigar Məmmədli çıxışını bitirir. Daha sonra Umud Rəhimoğlu, Rey Kərimoğlu da Zabil haqqında xatirələrini bölüşürlər.

BMM-də işıqlar sönür. Həzin musiqi sədaları altında Zabil Müqabiloğlu haqda video-çarx monitorda peyda olur. Onun yaşadığı, ölümsüzləşdiyi fotolar bir-bir keçir. Körpəliyi, uşaqlığı, əsgərliyi, gəncliyi, dostları, ailəsi ilə keçirdiyi gözəl günlər... Bir an mərasimə toplaşan adamların üzlərinə baxıram. Hamı necə də hüznlü görünür. Hamı necə də eyni hisslər keçirdir.

Jalə Mütəllimovanın səsi eşidilir. Zabil haqda yazılan şeiri oxuyur. Şeirin müəllifi Elmin Bədəlovdur.

Ən minimalist rəsm əsəri

Sıxılmışam

dar çərçivəmdə

Düşünməyə bir dünya

Tərpənməyə bir qarış yox

Darıxmışam

Sonsuz sükut

Dar çərçivə

Danışmağa icazəm yox

***

Dayanıb üzümün cizgiləri

Daha qocalmıram

Gülüşlərim donub üzümdə

Bir dünya üsyanım

Bir dünya taqətsizlik

Qoymur çıxım bu əsərdən

boşdu

boşdu bu çərçivə

bir çərçivə

bir də mən

Baxanlarsa hey düşünür

Axı niyə?

Çərçivəmi sevməyimə

Öyrəşmişəm

Ama sıxır

Sıxır məni bu çərçivə

Axı kim məni çəkdi bura?!

news-inner

Söz Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva verilir:

“Tədbirdə iştirak edənlərə və kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edirəm.”

Sevinc xanım çox qısa danışır. Deyəsən, deməyə o qədər də sözü yoxdur.

Tədbir başa çatır. Hamı Zabillə öz içində sağollaşır. Görüşənədək, Zabil abi!

news-inner-user
Oğuz Ayvaz

91 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Bukerin iki qalibi oldu
01:05 15 Oktyabr 2019
Bu zarafat ağrını-acını boğa bilməzdi – Milan Kundera yazır...
21:01 14 Oktyabr 2019
Məmməd Arazın xatirəsi anılıb
19:08 14 Oktyabr 2019
Azərbaycana oğurluğa gələn avropalılar – Mehman Qaraxanoğlu yazır...
18:30 14 Oktyabr 2019
Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri
17:42 14 Oktyabr 2019
Xalq artisti əməliyyat olunub
17:07 14 Oktyabr 2019
Kulisin əməkdaşları mükafatlandırıldı
16:21 14 Oktyabr 2019
Alim-filoloq: “Nəsiminin bu portreti haqda fikir bildirin...” – Foto
15:51 14 Oktyabr 2019
Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib
15:04 14 Oktyabr 2019
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi
14:31 14 Oktyabr 2019
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - Fotolar
13:50 14 Oktyabr 2019
Bukerin qalibi bu gecə açıqlanacaq
13:03 14 Oktyabr 2019
Yarışmanın 20-liyi açıqlandı - Siyahı
12:21 14 Oktyabr 2019
Nobelli yazıçı ilə bağlı qeyri-adi qərar
11:45 14 Oktyabr 2019
Namusunu tükdən asmış bığlı qızlar
11:20 14 Oktyabr 2019
Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
10:47 14 Oktyabr 2019
Elton Con: “Maykl Cekson psixi xəstəydi”
10:31 14 Oktyabr 2019
Yenə payız səhəri – Yeni şeir
10:02 14 Oktyabr 2019
Zərli şüşəciklər, qırılmış ürəklər və boş qalmış gündəlik - Elinanın otağından reportaj - İlk dəfə
09:00 14 Oktyabr 2019
Vasim Məmmədəliyev vəfat etdi
23:22 13 Oktyabr 2019