“Qarabağ tarixi” adlı sənədli film çəkilib

“Qarabağ tarixi” adlı sənədli film çəkilib
3 iyul 2019
# 11:45

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ tarixi” sənədli filmi layihəsi çərçivəsində filmin hazırlanmasını başa çatdırıb.

Layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında ümumi məlumatları özündə əks etdirir. Film Qarabağ haqqında tarixçilərin yazdığı dəqiq məlumatlar əsasında çəkilib.

Filmin çəkilməsində məqsəd Qarabağın tarixi haqqında təkzibolunmaz dəqiq sənədlər əsasında məlumatları fakt olaraq hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Filmdə dünya tarixçilərinin araşdırmaları, ermənilərin saxta tarix yazmaları, tarixi faktları saxtalaşdırmaları barəsində ictimaiyyətə məlumat verilir.

Film sosial şəbəkələrdə yayımlanacaq. Həmçinin beynəlxalq qurumlara təqdim ediləcək. /azertag.az/

# 4146 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər