Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?”

Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?”
25 iyun 2019
# 11:20

Kulis.az dünən dünyasını dəyişmiş məşhur tədqiqatçı-alim, böyük müəllim Şirməmməd Hüseynovun müxtəlif vaxtlarda müsahibələrdə vətən, xalq, dövlətçilik haqqında söylədiyi dəyərli fikirləri təqdim edir.

- Sovet dövründə hər il yanvarın 31-də Bəxtiyar, mən, bəzən Nurəddin Rzayev, bəzən Xudu Məmmədovla, digər yoldaşlarla birgə Məhəmməd Əmin Rəsulzadənin atasının qəbri üstünə gedirdik. Amma həm də gedərdik Mehdi Hüseynzadənin atasının qəbri üstünə. Çünki rəsmi dairələr elə bilirdi Mehdi Hüseynzadənin atasını ziyarət etməyə gedirik.

Image result for rəsulzadə

- Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz.

Image result for Üzeyir hacıbəyov

- Millətin doğma övladı onun öz müstəqil dövlətidir. Qıraqdan gələn səni soymağa, işlətməyə, əsir etməyə gəlir. İndi millətdə bu təfəkkürü yaratmaq lazımdır ki, a kişi, doğmaq, millət, dövlət yaratmaq lazımdır...

Image result for Milli azadlıq hərəkatı

- Dövlət millətə xidmət etmək, onu yaşatmaq üçündür. Övladıdır da. Ona görə kimə səcdə etmək lazımdır? Millətə, torpağa.

Image result for Azərbaycan dövləti

- İnkişafa meyl, yenilik hissi, özünü millətlər içərisinə salmaq hissi təbiətən olmalıdır. Bu, böyük hissdir, bu hisslə yaşamaq lazımdır. Mən niyə çox işləyirəm? Təsbeh çevirməklə, avara gəzməklə, boş danışmaqla iş olar? Kimin əlindən gəlirsə, öz milləti üçün, vətəni üçün etməlidir.

Image result for şirməmməd hüseynov

- Vaxtilə deyirdilər ki, yoxdur bu millətin imzası imzalar içində... Millətimin imzası var millətlər içində! BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduq, 1 ay sədrlik etdik. A kişi, 155 dövlət sənə səs verdi, sən niyə bunlarla fəxr eləmirsən?!

Image result for şirməmməd hüseynov

- Hindistanda millət var ki, 100 milyondur, dövləti yoxdur. Çində 35 milyon uyğur var. Sən 10 milyon olacaqsan, müstəqil dövlətin var, Allahına şükür elə.

Image result for şirməmməd hüseynov

- Dənizin dibində o qədər metallar var ki. Amma brilyant, almaz nadirdir, onlar milyon ilə yetişir, amma necə yetişir, heç kəs bilmir. Bir karat brilyant çıxartdılar, 36 milyona satdılar. Millətlərin də içərisində brilyant başlı adamlar yetişir.

Image result for şirməmməd hüseynov

- Hər bir nəslin qarşısında elə vəzifələr var ki, o, birinci növbədədir. Bu saat Azərbaycan dövləti qarşısında duran bir nömrəli vəzifə Qarabağ məsələsidir.

Image result for Qarabağ

- Ağsaqqallıq heç kəsə imkan vermir ki, qanunsuz, bilmədiyi işlərdən danışsın. Bilmədiyi iş haqqında danışana “avara” deyərlər.

Image result for şirməmməd hüseynov

# 5551 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər