Rizvan İsmayılın fərdi sərgisi olacaq

Rizvan İsmayılın fərdi sərgisi olacaq
24 iyun 2019
# 14:20

İyunun 25-i saat 18-30-da “Qalereya 1969”-da Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək.

Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonu, Zveli-Kveşi kəndində anadan olmuşdur. O, 1986-1990-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam 2007-ci ildən Tbilisi, İstanbul, Brüssel, Lüksemburq, Bakı, Paris (Karusel dyu luvr) və Moskvada fərdi və qrup sərgilərində iştirak etmişdir. Onun əsərləri fərdi kolleksiyaları və qalereyaları bəzəyir. Rizvan İsmail 2015-ci ildə Gürcüstan Rəssamlar Federasiyasının üzvü, 2016-cı ildə Azərbaycan Reklamçılar İttifaqının üzvü, bu ittifaqın Gürcüstan bürosunun rəhbəri olmuş, 2017-ci ildə Gürcüstan Rəssamlar İttifaqına üzv seçilmişdir. Rəssam 2016-cı ildə Türk dünyasının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib.

O, rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır.

Numerologiya-rəqəmlərin bir-birilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rizvan İsmayıl “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.

Sərgiyə giriş sərbəstdir.

Media nümayəndələri dəvətlidir.

# 3843 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər