ƏSA-dan mövsümün son tamaşası

ƏSA-dan mövsümün son tamaşası
24 iyun 2019
# 12:40

Azərbaycanın əlilliyi olan aktyorlardan ibarət ilk və tək inklüziv ƏSA Teatrı cari teatr mövsümünün paytaxt Bakıdakı son tamaşasını iyulun 6-da nümayiş etdirəcək. Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Baş menecerin sözlərinə görə, ƏSA Teatrının repertuarındakı çoxsaylı tamaşaların arasında “Adamlar və siçanlar” tamaşası yerli və xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığından cari teatr mövsümünü paytaxtda məhz bu tamaşa ilə yekunlaşdırmaq qərara alınıb.

Nobel və Pultizer mükafatı laureatı Amerikalı yazıçı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi iyulun 6-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Bünyamin Sailovdur.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, Cəmilə Məmmədli, İmran Lalayev, Riyad Sultanov, Günay Məmmədova, Fərid Əliyev və Bəhram Rəhimli canlandıracaq.

XX əsrin 30-cu illərində ABŞ-da baş verən iqtisadi böhranın insanlığa vurduğu mənəvi zərbələrin fonunda baş verən hadisələr əsasən insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayır.

“Adamlar və siçanlar” tamaşası paytaxt Bakı ilə yanaşı Naxçıvan şəhərində böyük coşğu ilə qarşılanıb. ƏSA Teatrı yay fəslində digər bölgələrdə də qastrol nümayişləri reallaşdıracaq.

Biletləri iTicket.az onlayn satış portalından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

# 3781 dəfə oxunub

Oxşar xəbərlər

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər