İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb - Fotolar

İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb - Fotolar
21 iyun 2019
# 13:21

İyunun 20-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada İkinci Azərbaycan Film Festivalının rəsmi açılışı olub.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən festivalın media tərəfdaşları “Askanews” xəbər agentliyi, Azərtac, AzTV, və “AzerbaijanNews” xəbər portalıdır.

Festivalın rəsmi açılışında İtaliyanın dövlət rəsmiləri, parlament üzvləri, mədəniyyət, incəsənət aləminin tanınmış nümayəndələri, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, kinosevərlər iştirak ediblər.

"Casa del Cinema" kino evinin “Teatro all’aperto Ettore Scola” açıq səma altında teatrında keçirilən rəsmi açılışda qonaqları salamlayan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin kino sənəti tarixindən danışıb, 2017-ci ildə İtaliyada Birinci Azərbaycan Kino Festivalının uğurunu nəzərə alaraq, festivalın yenidən keçirilməsi barədə qərar verildiyini deyib, festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə bütün təşkilatçılara və media tərəfdaşlara təşəkkürünü bildirib.

Tarixi dostluğa və möhkəm əsaslara söykənən Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, mədəniyyət sahəsinin əməkdaşlığımızda xüsusi yerinin olduğunu, bu kimi mədəni tədbirlərin xalqlarımızı bir-birinə daha sıx bağladığını deyən diplomat Azərbaycan mədəniyyətinin İtaliyada tanınmasında və iki ölkə arasında mədəni mübadilələrdə Heydər Əliyev Fondunun əhəmiyyətli rolundan danışıb, festivalın uğurla keçəcəyindən və İtaliyada ölkəmizin tarixi, mədəniyyəti, həqiqətlərinin çatıdırlmasına əlavə töhfə verəcəyindən əmin olduğunu bildirib.

İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi Azərbaycanın zəngin mədəni ənənələrə malik olduğunu, ölkəmizdəki multikultural mühitin dünya üçün nümunə olduğunu bildirib. İtaliya və Azərbaycan arasında yaxın tərəfdaşlıq əlaqələrinin mövcudluğunu deyən deputat, mədəniyyət sahəsinin əlaqələrdəki əhəmiyyətindən danışıb və festival çərçivəsində nümayiş etdiriləcək filmlərin italyanların Azərbaycanı daha yaxından tanımasına xidmət edəcəyini deyib.

Roma şəhər Meriyasının mədəni fəaliyyətə məsul qurumu olan “Zetema”nın nümayəndəsi Patrizia Bracci Azərbaycanın Romada belə bir tədbir təşkil etdiyinə görə təşəkkür edib, 2017-ci ildə uğurla keçirilmiş Birinci Film Festivalı çərçivəsində təqdim olunmuş filmlər vasitəsilə italyanların Azərbaycanın zəngin mədəniyyəti və kino sənəti ilə ilk dəfə tanış olduğunu, İkinci Film Festivalının da uğurla keçəcəyinə əminliyini bildirib. Roma şəhərinin və “Casa del Cinema” kino evinin Azərbaycan mədəniyyətinin təqdim edilməsinə hər zaman şad olduğunu və bu xüsusda gələcəkdə digər təşəbbüsləri də dəstəkləməyə hazır olduğunu bildirib.

Festivalın rəsmi açılışından sonra Azərbaycan kinematoqrafiyasının incilərindən olan “Arşın mal alan” (1945-ci il istehsalı) filmi nümayiş olunub.

İyunun 22-dək davam edəcək İtaliyada İkinci Azərbaycan Film Festivalı çərçivəsində, Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son İclas” bədii-sənədli filmi, “Nar Bağı”, “Üçüncü Günün Adamı”, “Təhminə” kimi bədii filmlər nümayiş etdiriləcək.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və festivalın başlanmasından bir neçə gün öncə çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən “İl Messaggero”, “Askanews”, “Romatoday”, “Agenzia Nova”, “Fashion News Magazine”, “Funweek”, “Agenzia Stampa Italia”, “Estate Romana”, “Notizie Yahoo”, “Notizie Tiscali”, “Giornale Diplmatico”, “Notizie Geopolitiche”, “Consul Press”, “Artista News” və sair kimi populyar qəzet, xəbər agentlikləri və portallarda yazılar dərc olunub.

Festival, eyni zamanda, xüsusi olaraq yaradılmış https://www.facebook.com/cinemaazerbaigiano/ facebook səhifəsi üzərindən də təbliğ olunur.

# 3327 dəfə oxunub

Oxşar xəbərlər

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər