Nazirliyin keçirdiyi ssenari müsabiqəsinin nəticələri bəlli olub

Nazirliyin keçirdiyi ssenari müsabiqəsinin nəticələri bəlli olub
20 iyun 2019
# 15:53

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri bəlli olub.

Kulis.azın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsində qaliblər aşağıdakı kimi sıralanıb:

Tammetrajlı bədii

- “Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar

- “Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova

- “Nərgiz” – Cavid Zaidov

- “Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman

- “Mampası qutusu” – Pərviz Həsənov

- “Üçüncü bənd” – Ramiz Fətəliyev

- “Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev

- “Biçimçi” – Rəmziyyə Cilqamlı

- “Kariatidalar” – Tahir Əlizadə

Qısametrajlı bədii

- “Dulusçu” – Amil Məmiyev

- “Əli həccə gedir” – Cavid Zeynallı

- “Bazar günü” – Ülviyyə Heydərova

- “Gecənin səsi” – Reyhan İsayeva

- “Ailəvi şəkil” – Nurlan Həsənli

Sənədli

- “Ləzgilər” – Qorxmaz Şixəliyev

- “Qapı” – Etibar Məmmədov

Animasiya

- “Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli

- “Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Müsabiqənin münsiflər heyətində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev (üzv), “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə (üzv, səhhəti ilə bağlı seçimlərdə iştirak edə bilməmişdir), kinorejissor və kinoşünas Ayaz Salayev (üzv), Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov (üzv), kinorejissor Rüfət Həsənov (üzv), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev (üzv) və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadə (məsul katib) təmsil olunub.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

# 2980 dəfə oxunub

Oxşar xəbərlər

Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər