Bizi yayda əsəb edən 10 Dəhşətli Şey

Bizi yayda əsəb edən 10 Dəhşətli Şey
20 iyun 2019
# 12:22

Kulis.az yayda qıcıq olduğumuz 10 səbəbi təqdim edir.

Nəqliyyatda kiminsə sənə yapışması

Basabasda etiraz da etmək olmur bu vəziyyətə. Nə qədər özünü kənara çəksən də, qurtula bilmirsən. Elə bil palçıq ayağına yapışıb. Bu an əminəm ki, yer yarılsa, içinə girməyə hazırsan, təki bu bəladan canın qurtarsın.

Tər qoxusu

Hər yerdə qarşımıza çıxır: işdə, nəqliyyatda, küçədə və s. Nə qədər desən ki, Rexona (reklam olmasın) vurun, xeyri yoxdur. Tərlə yaşayan və təri əbədi yaşadan insanlar var...

Soyuq suyun olmaması

Evə gəlmisən, istidən canını birtəhər qurtarmısan, soyuducunu açırsan və dəhşətli mənzərə: ev əhlindən heç kim su dolu qrafinkanı soyuducuya qoymayıb. Qrafinka hardasa uzaqda masanın üzərində istidən buğlana-buğlana sənə baxır...

Kondisionerə dözə bilməyən həmkarımız

İşdə daha çox problem yaradır. Onu da qınamaq olmur: kondisioner düz kürəyinə vurur. Nə edəsən? Çıxış yolu nədir? Qara-qara düşünürsən...

Ağcaqanad

Həmişə var və olacaq. Mütləq öz varlığını isbat etmək üçün gecələr sənin dincliyini əlindən almalıdır. Səhərə qədər ağcaqanadın qulağına pıçıldadığı kəlmələri şapalaqlaya-şapalaqlaya bir də ayılırsan ki, yuxu səndən qaçaq düşüb.

Dənizdən çıxıb ictimai nəqliyyatla getmək

İstidə dənizə getmək ən yaxşısıdır. Gömgöy dəniz, qum, günəş. Adamlar çox olmasa lap yaxşı olardı. Hələ üstəlik maşının yoxdursa, dərd birə-beş artır. Mənə avtobusda üstündə yosun qoxusu, özü də ayaqüstü getməyin şeirini yaza bilərsənmi, şair?

Qapalı geyimlər

Özünü yelpikləyə-yelpikləyə dayanacağa çatırsan və qapalı geyimdə birini görürsən. Cin vurur təpənə. Mağazaya gedirsən, qapalı geyimdə xanım səndən soruşur: “Nə istəyirsən?” Bir azdan sənə elə gəlir ki, azadlıqdakı qolların, boynun da həbsdədir. Daha çox istilənməyə başlayırsan. Daha çox boğulursan...

Avtobusun gün düşən tərəfində oturmaq

Bəlkə də ən pisi budur. Birtəhər özünə yer tap, di gəl o yer də gün düşən tərəf olsun. Heç belə dərd olar? Kimə danışasan bu dərdi? Dursan, ayaqüstü gedəcəksən, durmasan, bişəcəksən. Tərəddüdlərlə dolu həyat. O daşı götürüm, ya yox?

Dostların tətil fotoları

Pulun yoxdu, yaxud işlərin düz gətirməyib, tətil üzünə həsrət qalmısan. Bir yandan da dostların ordan-burdan, meşədən-dağdan şəkillər çəkib acıq verməkdə. Dünya birliyi hələ də bu ədalətsizliyə dözməkdə...

Liftdə qalmaq

Bu vəziyyəti izah etmək o qədər çətindir ki... Şərhsiz. İsti və liftdə qalmaq. Özünüz təsəvvür edin də. Çox istidir, adamın hövsələsi daralır...

BONUS

Qohumların çoxsaylı tərli öpüşləri...

Allah heç kimi bu öpüşlərlə sınamasın! Amin!

# 4880 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

22:00 2 sentyabr 2026
Təkbaşına qəzet çıxardı, müharibəyə getmədi - Veqanlığın banisi Donald Uotson kimdir?

Təkbaşına qəzet çıxardı, müharibəyə getmədi - Veqanlığın banisi Donald Uotson kimdir?

16:30 2 sentyabr 2026
“Zamanın nəfəsi xalq sənətində”: Azərbaycanın irsi Almatıda

“Zamanın nəfəsi xalq sənətində”: Azərbaycanın irsi Almatıda

15:30 2 sentyabr 2026
“GTA 6” rekord qırdı – “Netflix”də

“GTA 6” rekord qırdı – “Netflix”də

15:10 2 sentyabr 2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edildi

14:50 2 sentyabr 2026
Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edildi

Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edildi

14:41 2 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər