Boşanma, aliment, qadın, uşaqlar və kişi

Boşanma, aliment, qadın, uşaqlar və kişi
14 iyun 2019
# 16:22

Bütün dünyada iqtisadi şərtlər dəyişdikcə və iş bazarında rəqabət gücləndikcə ailə münasibətləri də dəyişir, daha liberal forma alır. Aparıcı ölkələrdə ailə daxilində kişi və qadın arasında öhdəliklər bərabər bölünür. Ailə qurduqda həm kişi və həm də qadın nikah sənədinə imza atarkən həqiqətən öz vəzifələrini başa düşürlər. Xüsusilə qadınlar bütün ailənin yükünü kişinin üzərinə qoymağa çalışmırlar. Lakin Azərbaycanda bu səhnə fərqlidir. Kişi və qadın ailə qurarkən elə bir təsəvvür oyanır ki, ailə qurmaq yalnız kişiyə lazımdır. Kişi hər zaman qadına borcludur. Qadına isə ümumiyyətlə ailə lazım deyil, qadın yalnız və yalnız kişinin təkidi ilə ailə qurmuş və hər bir zaman kişi qadının qarşısında minnətcildir.

Cinsi həyat və uşaq məsələsinə gəldikdə isə məsələ daha absurd xarakter alır. Cinsi istək yalnız kişiyə xasdır, qadına bu lazım deyil. Başqa bir tərəfdən qadın uşaq istəmirdi, kişi uşağı əkib və uşaqla əlaqədar yalnız kişi məsuliyyət daşıyır. Halbuki Ailə Məcəlləsinin 56-cı maddəsinin 56.1-ci bəndinə əsasən "Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər." Bu məsələ tərəflər arasında nikaha xitam verildikdə özünü daha qabarıq şəkildə büruzə verir. Məhkəmədə nikaha xitam məsələsinə baxılan zaman bir çox hallarda ata öz uşaqlarını yanında saxlamaq istəsə belə ana uşaqlarının öz yanında saxlanmasını tələb edir və bir çox zaman buna nail olur. Sonra isə uşaqların saxlanması üçün maliyyə imkanının olmadığını söyləyir və atadan alimentin alınmasını tələb edir. Son dövrlərdə isə Azərbaycan cəmiyyətində alimentin alınması problemə çevrilmişdir. Fikrimcə müvafiq məhkəmə orqanları aliment məsələsinə yenidən baxmalı və uşaqların hansı tərəfin yanında saxlanması barədə qərar verdikdə ananın maliyyə imkanlarının olub-olmadığını nəzərə almalıdırlar. Əgər ananın maliyyə imkanı yoxdursa uşaqların atanın yanında saxlanması daha məqsədəuyğundur. Belə ki, hər hansı bir halda uşaqları maddi cəhətdən ata təmin edəcəkdir. Bununla tərəflər arasında uşaqlar kin-küdürət aləti olmaz və psixi travmalardan uzaq olarlar.

Kişi boşandıqdan sonra onun həyatı davam edir. Əgər o, hələ cavandırsa yenidən ailə qurmaq və bu yeni ailə çərçivəsində uşağa sahib olmaq onun da hüququdur. Uşaqlar əvvəlki ailədən olan qadının yanında qaldıqda isə kişi ikitirəlilik arasında qalır. Bilmir əvvəlki həyat yoldaşının yanında qalan uşaqları üçün aliment ödəsin, yoxsa yeni qurduğu ailənin qayğılarını çəksin. Uşaqlar atanın yanında qalarlarsa onlar da yeni qurulmuş ailənin üzvü olaraq normal həyatlarına davam edə bilərlər.

Cəmiyyət kişini bir insan kimi başa düşmək və qəbul etməkdə çətinlik çəkir. Qınayır ki, ailə və uşaq oyuncaq deyil, bir dəfə ailə qurmuşdusa və uşaq atası olmuşdusa gərək həmən ailədə axıra qədər davam edəydi. Lakin unudulur ki, kişidə insandır və o da səhv edə bilər. Bu təbiidir. Onun da ikinci dəfə ailə qurmaq hüququ vardır.

Sadaladığım şərtlər çərçivəsində qadın da boşandıqdan sonra yenidən ailə qura və uşaqlara sahib ola bilər. Yetər ki, hər iki tərəf biri-birini insan kimi qəbul etsin və anlasın.

Rəhim Xəlilov

# 5233 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər