Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
13 iyun 2019
# 10:32

İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Gecədə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunub. Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.

# 3532 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər