Əməkdar artist: “Kitab oxumağı sevmirəm...”

Əməkdar artist: “Kitab oxumağı sevmirəm...”
10 iyun 2019
# 21:01

Kulis.az Əməkdar artist Anar Heybətovun müsahibəsini təqdim edir.

- Sizi tanımayan oxuculara özünüzü necə təqdim edərdiniz?

- Teatra dəvət edərdim. (Gülür)

- Anar Heybətov özünü daha çox teatrda rahat hiss edir, ya kinoda?

- Teatrda.

- Oynadığınız rollardan hansı xarakterinizə daha yaxın olub?

- Biz aktyorlar bütün oynadığımız rollarda öz xarakterimizdən, xasiyyətimizdən rola nə isə qatırıq. Və o rolda özümüzü tapırıq. Yəni bir çox rollar var ki, özümü onda tapıram, amma xüsusi vurğulasam, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli İsgəndər obrazını qeyd edərdim. Elə universitetdə oxuyarkən tələbəlik illərindən arzulayırdım ki, İsgəndər rolunu oynayım. Nəhayət bu son illərdə teatrımızda Azər müəllimin quruluşçu rejissorluğu və gənclərimiz Ərəbis Cahangirli, Anar Sadıqovun rejissorluğu ilə tamaşa səhnələş dirildi. Bu zaman o rolu oynamaq mənə qismət oldu.

- Professional aktyor olmaq üçün nəzəriyyə yoxsa şəxsi potensialı?

- Bunlar ikisi də olsa daha yaxşıdı, maneçiliyi yoxdur bir-birinə. Amma birinci şəxsi potensial olmalıdır.

- Bildiyimiz qədəri ilə səhnədə ilk rolunuz "Mənim ərim dəlidir" tamaşasındakı cangüdən rolu olub. İlk səhnə çıxmağınızdan bu günə qədər nə dəyişib?

- 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Azər Paşa Nemətovun kursunu bitirdim və onun dəvəti ilə teatra gəldim. Mən teatra gələnə qədər II kursdan televiziyada veriliş aparırdım. Teatra gələndə elə də həyəcan yox idi, amma həvəs, istək, məsuliyyət var idi. Elə indi də var. Çox şey dəyişməyib. Digər bir tərəfdən, sənətinə, peşənə, işinə sevgin olmalıdı. O sevgi ailəyə sevgi necədirsə, elə olmalıdır. Onun adına xələl gəlməsinə şərait yaratmayasan gərək. Əvvəldən də bu hisslər, düşüncələr vardı ağlımda, indi də var.

- Anar Heybətov aktyor sənətində olmaq istədiyi mövqedədirmi?

- Allah rəhmət eləsin Fuad Poladova. O deyərdi ki, bizim məşğul olduğumuz sənətin zirvəsi yoxdur ki, gəlib ora çatasan, dayanasan ki, tamam mən bu qədər istəyirdim gəldim çıxdım. Belə bir şey yoxdur. Amma hazırda tutduğum mövqedən razıyam. Gələcəkdə bilmirik nələr olacaq. Birdən unudularam, Allah eləməsin. (gülür)

- Boş vaxtınızda mütaliə edirsiniz?

- Düzünü deyim, kitab oxumağı sevmirəm. Əslində ,özüm də dərk edirəm ki, kitab oxumaq çox yaxşı şeydi. Amma vaxtım olmur deyə vacib olanda nələrisə oxuyuram. İndi elədi ki, kitab oxumaq üçün kitab axtarmağa ehtiyac da yoxdu. Texnologiya inkişaf edib, elektron kitablar var. İstənilən informasiyasını operativ əldə edə bilirik.

- Azərbaycanda dram janrında çəkilən filmlər izləyicilər tərəfindən çox da bəyənilmir. Lakin komediya filmlərinə də eyni dərəcədə maliyyə ayrılır və digər janrlara nisbətən daha uğurlu və izləyicilər tərəfindən sevilərək qarşılanır. Buna səbəb nədir?

- Əvvəllər kinoteatrlarda xarici filmlər verilirdi. Sonralar özümüzdə kommersiya filmləri çəkilməyə başlandı. Və bizim kino sahəsində olanlar yoxladılar gördülər ki, bizdə tamaşaçı komediyaya daha çox meyillidi. Amma dram janrında çəkilən kommersiya filmləri var ki, o qədər də baxılmır. Bilmirəm buna səbəb nədir.

- Yəni sizə təklif edilsə, elə bir komediya filminə çəkilməzsiniz?

- İstəyərəm yaxşı bir komediya filminə çəkilim. Mən teatrda da komediyalarda oynamışam. Amma bəzi komediya filmləri var ki, mənim imkanım yaxşı olsa belə utanaram o filmləri çəkməyə.

- Elcan Rəsulov demişdi ki, mən özümü heç də köhnə aktyorlarımızdan az istedadlı hesab etmirəm. Sadəcə tutarlı, gözəl bir mövzu, ssenari yoxdur ki, özümü ifadə edim. Siz necə düşünürsünüz?

- Ssenari yazanlar çox zəif yazırlar. Köhnə filmlərlə müasir filmlər müqayisə edilə bilməz. "Babək", "Dədə Qorqud", "Yeddi oğul istərəm", "Onu bağışlamaq olarmı?". Bir çox filmlər var ki, onlar elə zirvədə qaldılar. Problem odur ki, hər kəs ssenari yazır. Hər Amma o vaxt belə olmayıb. O vaxt ssenari qəbul olub, rejissorlar seçilib, bir neçə aktyorlar arasında seçimlər edilib.

- Demisiniz ki, bizim aktyorlar türkiyəli aktyorlarından zəif deyil, hətta onlardan daha istedadlıları var. Kimləri nəzərdə tutursuz?

- Mən bunu bir neçə dəfə demişəm. Bu tip suallar məni əsəbiləşdirir. Onların filmlərinin bizimkindən fərqi odur ki, onlarda çəkiliş zamanı kadrarxasında olan şəxslərdən bizdə yoxdu. Varsa da, azdı. Bizdə kadrarxasında 15 adam varsa, onlarda bəzən 150-ə yaxın olur. Amma aktyor sənəti bizdə onlardan qat-qat üstündür. İndi ad çəksəm, kimisə deyərəm, kimisə unudaram.

- Müasir dövrdə İsgəndərlərə, Şeyx Nəsrullahlara rast gəlirsinizmi?

- Hə, çox. İsgəndərlər azdır, Şeyx Nəsrullahlar çox. (Gülür)

- 20-dən çox tamaşada, 20-ə yaxın filmdə rol almısınız. Ən yadda qalan hansı olub?

- İstər kiçik, istər böyük rollar hamısını sevərəkdən oynayıram. Amma 2011, 2012-ci illərdə "Pərvanələrin rəqsi" serialına çəkilmişdim. O birinci seriallardan olduğundan və mövzu baxımından tamaşaçılara yaxın olduğu üçün daha çox sevilirdi. Mənim bu serialda xüsusi yerim olduğunu hiss edirdim. Tamaşaçılar yazırdı, rəylərə baxırdım, bəzən qohum-tanışların özləri deyirdilər bunu. Teatrda isə Əli Əmirlinin "Ah, bu uzun sevda yolu" tamaşasındakı rolum çox yaddan qalan olub. Bu tamaşadan sonra da kifayət qədər yaxşı sözlər eşidirəm. Amma ümumilikdə hamısı yaddaqalan olub.

- Müsahibələrinizdə müəllimləriniz Azərpaşa Nemətov, Gülşad Baxşəliyevanı daha çox vurğulayırsınız. Müəllimlərinizə nəyə görə təşəkkür etmək istəyərdiniz?

- Tələbkar olduqları üçün, bu sənəti bizə öyrətdikləri, sevdirdikləri üçün onlara təşəkkürümü bildirərdim.

- Sonda Anar Heybətov və teatrsevərlərə nə demək istəyərdiniz?

- Mən onlara demək istəyirəm ki, onlar çox xoşbəxt insanlardılar ki, teatrı sevirlər. Teatrı həqiqətən sevmək, teatra gəlmək lazımdır. Anar sevərlər isə lap xoşbəxtdir (gülür) Bütün sevənlərin də, sevməyənlərin də fikrinə hörmətlə yanaşıram. /artkaspi.az/

# 3320 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər