“İçərişəhər”də konsert təşkil olunub

“İçərişəhər”də konsert təşkil olunub
7 iyun 2019
# 16:48

Bakı metrosunun "İçərişəhər" stansiyasının vestibülündə sərnişinlər üçün Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, braziliyalı Teo və Daniel Kansello qardaşları ilə Azərbaycan Kapoeyra Federasiyasının yığma komandasının iştirak etdiyi konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Latın musiqi incilərinin saksafon və fleytada Daniel, sintizatorda Teo tərəfindən ifası sərnişinlərdə əsl bayram ovqatı yaradıb.

Braziliyalı ifaçı qardaşlar konsertin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü olan metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıblar. Qədim və müasirliyin vəhdəti olan paytaxtımızı çox sevən Kansello qardaşları gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini də vurğulayıblar.

Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, kapoeyra üzrə 4 qat Azərbaycan çempionu, dünya ikincisi, ilk beynəlxalq dərəcəli hakim Nahid Ağazadə konsertdə öz yığma komandası ilə çıxış edib.

Qeyd edək ki, festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilir. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və sair tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. /azertag.az/

# 4462 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər