Səhər Əhmədin şeirini oxuyan təbrizli müğənni: “Toylarda hamı bu mahnıya oynayır” - Müsahibə - Video

Səhər Əhmədin şeirini oxuyan təbrizli müğənni: “Toylarda hamı bu mahnıya oynayır” - Müsahibə - Video
4 iyun 2019
# 15:41

Təbrizli müğənni Yaqub İbadi tanınmış şair, saytımızın əməkdaşı Səhər Əhmədin sözlərinə yazılan mahnını ifa edib və mahnı el şənliklərində xeyli populyarlaşıb. Kulis.az müğənni ilə bu haqda söhbət təqdim edir.

- Yaqub bəy, hazırda sizin ifanızda sözləri Səhər Əhmədə, bəstəsi Əsəd Cahangirə məxsus olan “Ay qız” mahnısı Təbrizdə el şənliklərində, toylarda oxunur və ilgiylə qarşılanır. Bu haqda nə deyərdiniz?

- Mən bu mahnıya məcazi aləmdə (sosial şəbəkə - red.) rast gəldim, mahnı xoşuma gəldi və qərara gəldim ki, onu öz aranjımanımla oxuyum. Mahnını lentə aldırmamışdan əvvəl sınaqdan keçirmək məqsədilə bir neçə toyda oxudum və dinləyicilər tərəfindən çox sevildiyini gördüm. Bundan sonra qərara gəldim ki, mahnını yeni aranjımanda lentə aldırım.

- Bildiyimiz qədər, Cənubi Azərbaycanda Şimali Azərbaycan mahnılarına tez-tez müraciət olunur.

- Daha çox illərin sınağından çıxmış xalq mahnıları, ikinci sizin telekanallarda daha çox yayılan, oxunan mahnılardı. Toylarda daha çox ritmik, şən mahnılar seçilir. “Gülü güldanda görən ağlasın”, “Kamanım, tarım gəlir” və s. Üzeyir Mehdizadənin, Pərviz Bülbülənin və s. repertuarı dəbdədir. Amma bunlarla bərabər, xalq mahnılarımıza həmişə müraciət olunur.

Image result for Səhər Əhməd Kulis.az

- Ötən il istər İranda, istər Azərbaycanda xitə çevrilmiş “Səni deyirlər” mahnısı haqda fikirlərinizi bilmək istərdik. Həmin mahnı Cənubi Azərbaycanda populyarlığını saxlayırmı?

- “Səni deyirlər” mahnısı iyirmi 25 bundan qabaq Urmiya mahalında yazılıb. Sözləri və musiqisi Aşıq Mahmudiyə məxsusdur. İndiyə qədər də bu mahnı el şənliklərində, toylarda oxunur. İstər Urmiyada, istər Təbrizdə el aşıqları tərəfindən ifa edilib və mənim də repertuarımda olub. Son vaxtlar məşhurlaşmağının səbəbi isə məcazi aləmdə, yəni sosial şəbəkələrdə yayılması və təkrar-təkrar paylaşılmasıdır. Və bu mahnının nəqəratı “səni deyirlər” bir az da zarafatla məşhurlaşdı və zərbi-məsələ çevrildi. Bu tip mahnılara “keçəri” mahnılar deyirlər, bir müddət sonra populyarlığını itirir, bu mahnı da artıq toylarda keçənilki qədər sifariş olunmur. Nə qədər geniş yayılsa da, hər halda xalq mahnıları qədər qalıcı deyil.

- Səhər Əhməd də bu mahnını Facebookda paylaşmışdı və oxucular çox sevdikləri şeirə bu cür toy mahnısı bəstələnməsinə irad bildirmişdilər. O zaman söz yazarı bildirmişdi ki, o, bəstəçi ilə bərabər özləri qəsdən toy mahnısı düşünüb ki, mahnı daha asanlıqla populyarlaşsın. Sizcə də belədirmi?

- Bəli, mənim də diqqətimi məhz bu cəhət çəkdi, mahnı çox ritmik və oynaqdır, sözləri sadə və gözəldir, həm də gözəl don geyib bəzənmiş bir qız obrazı toya daha yaxındır. Toya gəlməmişdən qızlar da geyinib bəzənir, ən gözəl donlarını seçirlər. Ona görə də toy əhval-ruhiyyəsinə yaxındır. Bu mahnı mənim iştirakımla keçən toylarda dəfələrlə sifariş edilir və həvəslə rəqs edilir.

- “Ay qız” mahnısına klip çəkdirməyi düşünürsünüz?

- Əlbəttə, mən istəyərdim, bu mahnıya o tayı, bu tayı əks etdirən gözəl bir klip çəkdirim, hətta beynimdə səhnələr də hazırdır. Bundan başqa bu mahnını Bakıda da ifa etmək və daha da məşhurlaşdırmaq istəyirəm.

# 4804 dəfə oxunub

Oxşar xəbərlər

Osmanlı İstanbulunun nadir fotoları nümayiş etdiriləcək

Osmanlı İstanbulunun nadir fotoları nümayiş etdiriləcək

15:05 17 aprel 2026
Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu

Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu

14:40 17 aprel 2026
Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

14:24 17 aprel 2026
Ərindən sifilisə yoluxan danimarkalı yazıçı - Nobel komitəsi onun haqqında nə açıqlamışdı?

Ərindən sifilisə yoluxan danimarkalı yazıçı - Nobel komitəsi onun haqqında nə açıqlamışdı?

13:30 17 aprel 2026
Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

12:26 17 aprel 2026
“Mənim qəhrəmanım”  adlı Milli Komiks Kitabı müsabiqəsi elan edildi

“Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edildi

12:00 17 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər