6 milyarddan 80 milyona... - Dünyanın ən tirajlı kitabları

6 milyarddan 80 milyona... - Dünyanın ən tirajlı kitabları
4 iyun 2019
# 17:38

“Ginnesin rekordlar kitabı” bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıb.

Kitab yaranandan Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib.

Image result for Bibliya

Reytinq cədvəlində ikinci yeri Mao Tszedunun çıxışları əsasında hazırlanmış sitatlar kitabı tutur. Bu kitab 900 milyon nüsxə nəşr olunub.

Image result for Mao Tsze kitabı

C.R.Tolkinen "Üzüklərin hökmdarı" əsəri siyahıda üçüncü yeri tutsa da, neçə tirajla çap olunduğu açıqlanmır.

Image result for Yüzüklerin efendisi kitabı

Ginnes mütəxəssisləri reytinq cədvəlini hazırlayarkən müqəddəs Quranın tiraj göstəricilərini nəzərə almayıblar, buna səbəb İslamın müqəddəs kitabının ümumi tirajı haqqında dəqiq məlumatların olmamasıdır.

Image result for Quran

Reytinq cədvəlində növbəti yerləri Noy Vebsterin "Amerika hüsnxət sorğu kitabı" ("American Spelling Book") - 100 milyon nüsxə, “Ginnesin rekordlar kitabı” - 100 milyon nüsxə, "Ümumdünya illik almanaxı" (World Almanac) - 80 milyon nüsxə, Uilyam Holmsun "Makqaffi uşaq oxu antologiyası" (McGuffey Readers) - 60 milyon nüsxə, Bencamin Spokun "Uşağa qulluq qaydalarının əsasları" - 50 milyon nüsxə - kitabı tutur.

Den Braunun bütün dünyada qalmaqala səbəb olmuş "Da Vinçi kodu" əsəri 43 milyon tirajla ən populyar kitablar siyahısında 9-cu yerdədir.

Image result for da vinçi den braun

Siyahını 40 milyon tirajla Elbert Xabbardın "Qarsiyaya məktub" əsəri tutur.

Image result for elbert hubbard books

Ginnes mütəxəssislərinin bu siyahını hansı prinsiplər əsasında hazırlaması məlum deyil. Məsələn, Harri Porter seriyasından olan kitabların müəllifi Coanna Roulinqin adı və əsərləri reytinq siyahısına daxil edilməyib. Coanna Roulinqin bu seriyadan son kitabı satış həcminə və sürətinə görə dünya rekordu müəyyənləşdirib. Satışa çıxarıldıqdan keçən 24 saat ərzində ABŞ və Böyük Britaniyada bu kitabın 9 milyon nüsxəsi satılıb, bundan əlavə nəşriyyat İnternet mağazalar vasitəsilə 1 milyon nüsxə sifariş alıb. Tələbatın artdığını nəzərə alan "Sxolastik" nəşriyyatı Harri Porter seriyasından son kitabın tirajını 10.8 milyon nüsxədən 13.5 milyon nüsxəyədək artırmalı olub. Ümumilikdə isə sehrbazlar məktəbinin şagirdi olan Harri Porter haqqında kitabların ümumi tirajı 250 milyon nüsxədən artıqdır. Bu əsərlər 60 dilə tərcümə olunaraq 200-dən artıq ölkədə nəşr olunub.

Related image

Antuan Sent de-Ekzüperinin "Balaca şahzadə" əsəri isə 500 dəfədən artıq təkrarən nəşr olunub. 180 dilə tərcümə edilmiş bu əsərin ümumi tirajı 80 milyon nüsxəyə yaxındır. Fransada 100 ən populyar kitab reytinqində "Balaca şahzadə" əsəri üçüncü yeri tutur.

Image result for Antuan Sent de-Ekzüperinin "Balaca şahzadə"

# 6947 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər