Daha bir gənc AYB-nin layihəsindən imtina etdi: “Məsuliyyətsizdirlər.”

Daha bir gənc AYB-nin layihəsindən imtina etdi: “Məsuliyyətsizdirlər.”
4 iyun 2019
# 10:35

Gənc yazar Orxan Həsəni Kulisin efirində AYB və "Ulduz" jurnalı xətti ilə nəşr olunan “Metro terminalının sevgisi” adlı ilk kitabını yandıracağını söyləyib.

Canlı yayım ədəbi mühitdə reaksiya doğurub.

Kulis.az məsələnin aktuallığını nəzərə alaraq “Ulduz” jurnalının hesabına çıxacaq növbəti kitabın müəllifi Rəvan Cavidlə əlaqə saxlayıb. Gənc yazar layihədən imtina etdiyini söyləyib:

“Bu layihədə mənim də kitabımın nəşri planlaşdırılmışdı. Təxminən payız aylarında. Ancaq Orxanın kitabını görən kimi Qulu müəllimlə danışdım. O, dedi ki, çıxacaq bütün kitablar bu formatda olacaq. Birincisi, səhifə sayı məni qane etmədi; təxminən 200 səhifəlik materialın cəmi 60 səhifəsini nəşr edəcəkdilər. İkincisi, nəşriyyatın işindən razı qalmamışdım; vərəqlər ağ, kley əvəzinə isə sancaqdan istifadə olunmuşdu. Yəni kitab yox, dəftərçə idi. Mən "AYBkitab" layihəsi, "525-ci qəzet"in kitab layihəsi ilə tanışam, o layihələrdə bundan qat-qat keyfiyyətli iş ortaya çıxırdı. Elə bildim, "Ulduz"da da belə olacaq. Qulu müəllimlə danışdıq və qərara gəldik ki, mənim adımı siyahıdan çıxarıb başqa bir gənci əlavə etsinlər. Kitab bir imza üçün önəmlidir, ona bu cür məsuliyyətsiz yanaşmaq olmaz. Düşündüm ki, bu, oxucuya da hörmətsizlikdi. Beləcə imtina elədim”.

Xatırladaq ki, məsələ ilə bağlı AYB katibi Rəşd Məcid danışsa da layihənin rəhbəri, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs iki gündür telefonlarımıza cavab verimir.

# 3265 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər