Kilsələr Allahın əmrlərindən istifadə edərək pul yığırlar - Viktor Efimovun essesi

Kilsələr Allahın əmrlərindən istifadə edərək pul yığırlar - Viktor Efimovun essesi
1 iyun 2019
# 15:29

Kulis.az Viktor Efimovun “Allah haqqında və ya Yüksək Zəka anlayışı” yazısının ikinci hissəsini təqdim edir.

-Yüksək Zəka, Allah, Aləmlərin Rəbbi - bu qüdrətli güc və müqəddəs adlar sahibi kimdir?

Peyğəmbərlər Allahın elçiləridirlər. Allahın buyurduqlarını öyrənməyə başlayanda, ümumən dünyanın quruluşunu başa düşmək üçün müxtəlif ölkələrə gedib araşdırma apardım. Yarım ilə yaxın idi məsləhət görürdülər, Hindistana da gedim, orada Sai Baba ilə görüşdüm. Hər səhər təxminən altı minə yaxın insan ora gəlib, uzaqdan da olsa onu görməyə çalışırdı. Hesabımı bir ay götürmüşdüm, təsəvvür edin elə birinci gün o qədər insanın içində bizə yaxınlaşıb soruşdu: siz hardan gəlmisiniz?

- Dedim, Rusiyanın Sankt-Peterburq şəhərindən. Üzünü çevirib çıxıb getdi. Səhəri gün yenə yaxınlaşıb salamlaşdı və bizə onunla gəlməyimizi söylədi. Görüş otağında bir saata qədər söhbət etdik, çölə çıxanda, kütlə bizə müqəddəs adam kimi baxırdı. Maraqla soruşurdular: siz onun əlinə toxundunuzmu?

Bu bizi xeyli güldürdü çünki, dünyanın quruluşunu anlayırdıq, onlar üçün isə bu qeyri-adi hal və mistika idi. Sai Baba bizim hansı məlumatdan xəbərdar olduğumuzu və bunun arxasında nə dayanıdığını yaxşı görürdü. Biz də onun bağlantılar yarada bilməsini başa düşürdük. Demək istəyirəm ki, Allah, insana bir başa bağlantı yaratmaq imkanı verilib. Peyğəmbərlər isə zaman-zaman əlavə məlumatları çatdırmaq üçün vasitəçilər olub...

Birbaşa bağlantı olmasın deyə, insanla Allah arasına simalar, obrazlar qatılır, eləcə də, məbəd - kilsə - ibadətgahlar yaradırlar. Əgər diqqətlə nəzərdən keçirsək, bunun dinlərdə mövcud olduğunu görərik: müsəlman, xristian, bütpərəst və.s. Kilsələr Yüksək Zəkanın və yaradılışın əsl sirrini insanlardan gizlətmək üçün mövcuddur. İnsan doğuluşdan daxilən hansısa qüvvənin onu cəlb etdiyini hiss edir: bu dünyada nəsə var. Amma Nə? Harada? Necə ?

Verdiyi suala müxtəlif vasitələrlə cavab axtarır və bu məqamda bir nəfər, həmin adamın qarşısına çıxıb deyir: Pul ver sənə hər şeyi izah edim!

Kilsələr brokerlərdi, hansılar ki, Allahın əmrlərini, ideyasını istifadə edərək pul yığırlar. Kilsəyə nə qədər yaxınsansa, bir o qədər də Allahdan uzaqsan deməkdir. Əgər insan həqiqətən bəşəriyyətin quruluşunu və həyatın nə olduğunu dərk etmək istəyirsə, o halda həqiqəti, kilsədən kənarda axtarmalıdır.

Hərdən məndən - görünür siz imanlı insansınız, - soruşurlar. Dini inancınız nədir? Xristiansınız ya?

Allaha inanan insanın özünü kilsə irarxiyasına aid bilməyi mümkün deyil. Dünyanın quruluşunu başa düşən, Allahın varlığına inanan birinin kilsəyə getməsi mümkünsüzdür. Araşdırıb baxsanız görəcəksiniz ki, yazıçı Lev Tolstoy da bu məqamları çox incəliklə başa düşüb.

Başa düşmək üçün vacib olan nədir?

İnsan Allahı başa düşməmək üçün alternativ yalanlar uydurulur. Əsl həqiqət ondadır ki, Allah, yəni Yüksək Zəka var və o bütün canlıların tək sahibidir. Yalan isə onun olmamasından ibarətdir. Gəlin baxaq, kütləyə hansı məlumatlar ötürülür: iki hissəyə ayırılmış inanc: materialist ateizm və idealist ateizm. Materialist ateistlər Allahı, peyğəmbərləri inkar edir, onlar üçün: yedin, içdin, yatdın onunla da hər şey bitdi. Bağışlayın, amma bu heç də belə deyil! Həyat bu şəkildə qurulmayıb və hər birimizdə olan qəlb sadəcə mistika deyil, real olaraq insan bədəni, qəlbimizin, müvəqqəti saxlanma yeridir!

İkinci yalan, idealist ateistlərlərdir ki, yuxarıda qeyd edilən əsl həqiqətin əvəz edicisidir. Həqiqətin əsaslarından istifadə edib İsa peyğəmbəri Tanrı kimi təqdim edirlər, digərləri hər vəchlə inancı müqəddəs şəxslərə yönəldib parçalanma yaradaraq şüura yerləşdirilmiş olurlar.

Sual yaranır: Axı niyə?

İnsanları qarşı-qarşıya qoymaq üçün! Siz elə bir müharibə, qarşıdurma tapa bilməzsiniz ki, bu mövzuya bağlı olmasın. Məhz xalqlar arası konflikt, gah Allah, gah Tanrı, gah da təriqət bölgüsü, bunlar hamısı ibadətgahlar vasitəsiylə təbliğ olunur...

Bu gün yer kürəsində nə baş verir?

Əlbəttə ki, yer kürəsində Rusiya ilə müsəlman ölkələrinin qlobal toqquşması gözlənilir. İndi gördüyünüz müharibələr xırda hazırlıq prosesidir. Məqsəd, qlobal səviyyədə müsəlmanlarla xiristianların arasını vurmaqdır.

Quranı açıb oxusanız görəcəksiniz ki, bu kitab əslində bizim hamımızın kitabıdır. Bizə danışılan tarixi islam və ya Çeçenistanda baş verənlərin Quranda yazılanlarla heç bir əlaqəsi yoxudur. Quranı televiziya vasitəsilə və ya eşitdiklərinizlə bilmək olmaz, onu sadəcə ələ götürüb oxumaq lazımdır. Quran qavrayışın dərk etməsi üçün kodlaşdırılaraq verilməsi isə tamamən başqa mövzudur. Yüz on dört surədir, surələrin həcmi getdikcə qısalır. Daha dəqiq desək, açılışda balaca bir surə, sonra böyük "İnək " surəsi və bu surələr Məhəmməd peyğəmbər vasitəsilə insanlara çatdırılmışdır. Ardıcıl, sırayla oxuyanda adama çox şey aydın olur. Kitabda İsa Peyğəmbər haqqında da müqəddəs adam kimi yazılıb. Odur ki, biz bütün müqəddəs kitabları oxuyuruq və onların heç birini bir birindən fərqləndirmirik. Qurandan başqa bəzi kitablarda edilən dəyişiliklərdən savayı...

Əgər insan yuxarıda sadaladığımız yalanların birində ilişib qalırsa, o halda o, heç vaxt bəşəriyyətin düzgün şəkildə dərk olunmasına nail ola bilməz. Sizin bəşəriyyət haqqında düzgün anlayışınız olarsa siz dua edə bilərsiniz, dua yəni şüurlu şəkildə Yüksək Zəkayə müraciət deməkdir. Varlığı dərk etmək lazımdı və siz istənilən yerdə ona müraciət edə bilərsiniz: meşədə, çay kənarında, evdə, yəni özünüzü normal, rahat hiss etdiyiniz məkanda. Maraqlısı da ondadır ki, bunu başa düşüb dua etməyə başlasanız sizin dualarınız, arzularınız gerçəkləşəcəkdir. Bu məntiqi olaraq izah olunmazdır, fakt olaraq isə bu belədir, yəni dəfələrlə bizim adamlarımız tərəfindən duanın gücü yoxlanılıb, həyata keçirilmişdir. Yetər ki, o dua məktəb problemləri ilə deyil, ədalətsizliyə, çətinliyə qarşı oxunsun.

Yüksək Zəkanı tam olaraq dərk etməyimiz bizə verilməsə də müraciət vaxtı elmi, qəliz cümlələrlə deyil, sadə, öz sözləriniz ilə bunu edin. Təcrübəmdən deyirəm, həqiqətən də bu işləkdir, tam başa düşməməyimiz isə kələmin keçini dərk etməməsinə bənzəyir. Bunları başa düşmədən digər məsələləri qavramaq, qəbul etmək çətin olar. Dərk edilməsi isə hər insana individual şəkildə verilir, yəni istəkdən, inamdan və başa düşmək bacarığından asılıdır.

Təxminən üç gün bundan əvvəl İncəsənət Universitetinin keçmiş prorektoru ilə bu mövzuda mübahisəmiz oldu. Düzdü, taleyində yaşantılar nəticəsində Allahın varlığını hiss etmişdi amma bir şeylə razılaşmırdı ki, "Allah tək olduğu halda, bütün yeri, göyü eyni zamanda necə idarə edə bilər?! Bu qədər insan olmasına rəğmən mənim səsimimi eşidəcək?!"

Stop! Baxın bu ən vacib məqamlardandır: ayırd etmək lazımdır, Allaha inanmaq və Allahın qüdrətinə iman etmək. Bunlar ayrı ayrı şeylərdi. Allaha sadəcə inanmaq yuxarıda qeyd etdiyimiz yalan tərkibli həqiqətin, idealist ateizmin bir hissəsidir. İnsan var soruşsanız, deyəcək ki, bəli Allahın varlığına inanıram, ancaq başı qarışıq olduğu üçün məni eşitmir, bizim şəxsi işlərimiz olduğu kimi onun da öz işləri var.

Dua yalnız o zaman işləkdir ki, insan Allahın qüdrətinə iman gətirərək onun varlığına inandığı kimi qüdrətinə də inanır. Yüksək Zəka hər şeyi bilir, sizi özünüzdən daha yaxşı tanıyır və xeyrinizi istəyir. O rəhman və rəhimlidir!

Fikir versəniz görəcəksiniz ki, o, sizinlə yaşantılarla, həyatda başınıza gələn hadisələr vasitəsi ilə danışır. Birinin ayağı ilişir, digəri dəyir, o birinin maşınına nəsə olur... Bu bağları bir birinə bağlaya bilsəniz, kim tərəfindən, nə deyildiyini, məntiqli şəkildə başa düşəcəksiniz. Hesab etdiyiniz təsadüfdə də elədir: həmin an özünüzə qarşı dürüst olsanız, sualınıza cavab taparaq, gələcəkdə arzu olunmaz hadisələrdən uzaq olmuş olarsınız...

Tərcümə etdi: Ruslan Mollayev

# 2373 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #