Futbol 90 dəqiqəlik vaxt itkisidir – Qadın yazarlardan final təəssüratları

Futbol 90 dəqiqəlik vaxt itkisidir – Qadın yazarlardan final təəssüratları
29 may 2019
# 13:49

Bildiyiniz kimi, bu gün Avroliqanın final oyunu Bakıda keçiriləcək. Finalda “Arsenall”a “Çelsi” qarşılaşacaq. Xanım yazarlar futbolu izləyirlərmi? Praqnozları necədir? Ümumiyyətlə, futbol xanımlar üçün nəyi ifadə edir? Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Image result for iradə tuncay

İradə Tuncay: “İzləmirəm və başım çıxmır.”

Related image

Ləman Ələşrəfqızı: “Final oyununu izləyəcəm əlbəttə. Ən azından ona görə ki, iki nüfuzlu komanda mənim şəhərimdə oynayır. Başqa sözlə Zadəganlar bizim ayağımıza gəliblər. Proqnoz verə bilməyəcəm təəssüf. Əgər bu komandalardan biri “Barselona” olsaydı, o zaman proqnoz verərdim. Futbol mənim üçün təkcə ayaq yox, həm də beyin oyunudur. Və mən güclü komandanın oyununu həmişə həvəslə izləmişəm. Əsl azarkeş kimi. Sevdiyim komandanın oyununda mən bəzən çığırtımın küçədə belə eşidilməsindən narahat olmuram. Bu oyunu isə sadəcə izləyəcəm. Çünki komandalardan heç biri favoritim deyil. Qoy güclü udsun. Bu məni sevindirəcək.”

Image result for rəbiqə nazimqızı

Rəbiqə Nazimqızı: “Oyunu izləyə də bilərəm, şəraitdən və ovqatımdan asılıdır, adətən final oyunları ilə maraqlanıram. Proqnoz deməyim, arzumu deyim: “Arsenal”ın qələbəsini istəyirəm, “Çelsi”dən incikliyim var, Mourinyo məsələsiylə bağlı. Futbol mənim üçün əyləncədi, istirahətdi, arada yararlanıram.”

Image result for Elnaz eyvaz

Elnaz Eyvaz: “Futbol izləmirəm. Futbol mənim üçün bir oyundur. Azarkeşlik edənləri də, etməyənləri də anlayışla qarşılayıram. Şagirdlərim idman dərsində futbol oynayanda pəncərədən izləmək ləzzət edir amma. Bir də futbolu ancaq atamla izləyəndə maraqlı olur mənə.”

Image result for ülviyyə heydərova

Ülviyyə Heydərova: “Bugünkü oyunu izləməyəcəm. Amma proqnoz kimi deyə bilərəm ki, 1-2 hesabı ilə “Arsenal” qalib gələcək. Futbola əvvəllər baxmışam. Azarkeşlik də etmişəm. Amma bir gün anladım ki, futbol sadəcə 90 dəqiqəlik vaxt itkisidir.”

Image result for xuraman hüseynzadə

Xuraman Hüseynzadə: “Futbol həmişə insanların diqqət mərkəzində olan bir oyundur. Maddi dəstəyinə görə bu oyun həmişə seçiləcək. O yerdə ki güc, insan zəkası qalib gəlir, o, həmişə yaşayacaq - Nobel mükafatı ilə futbol kimi. Məncə, digər oyunlar futbolun, mükafatlar isə Nobelin kölgəsində qalır. Bunun başlıca səbəbi isə dediyim faktorlardır. Oyunu izləməyəcəm amma. Əvvəllər izləyirdim, indi isə marağım yoxdur.”

# 4357 dəfə oxunub

Oxşar xəbərlər

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

12:00 5 noyabr 2026
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

11:40 5 noyabr 2026
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

11:20 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər