Söyüşləriniz dünyanın ən gözəl eskizləridir – Tənqidçinin qısa qeydləri

Söyüşləriniz dünyanın ən gözəl eskizləridir – Tənqidçinin qısa qeydləri
29 may 2019
# 15:36

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Allah bazar versin, qardaşlar” qeydlərini təqdim edir.

Ədəbi sezintilər

Qoy sizə bir vəsiyyət edim: Hərdənbir dünyanı söyün! Söyüşləriniz dünyanın ən gözəl eskizləridir...

***

Ədəbiyyata gəlməmişdən əvvəl düşün, çox düşün, ədəbiyyatı yox, özünü düşün! Sən dəmi Mövlud Mövlud kimi ən uca mərtəbəni hədəfləmisən?!

***

Sən hələ də düşünürsən ki, ədəbiyyat sənə nəsə verəcək? Sən də qoca yaşlarında deyəcəksən ki, mən bütün şüurlu (şüurlu ha!) həyatımı sözə həsr edib, ona xidmət eləmişəm? Payımı verin!!! Məgər söz sənə yalvarmışdı ki, mənə xidmət elə?! Ax, dimdiyindən ilişən “üzüyola”, çoxbilmiş qoca kölə!

***

Sən də kitablarını satmaq üçün “Elmlər Akademiyası”nı gözaltı eləmisən?!

***

Sənin xəbərin varmı ki, dünyanın riyakar, murdar, əclaf xəritəsinin rənglənməsində söz adamlarının misilsiz xidmətləri olmuşdur?! Çünki onlar sözdən nə desən yapırlar, sözün ağzını istənilən səmtə, zamana əyə bilirlər, (Məsələn, belə: Yazıçılarımız, Lenin, Stalin haqqında yazarkən belə Azərbaycanın gələcək müstəqillik yollarını mütəfəkkircəsinə arayırdılar!) qısası, sözlə məharətlə “işləməyi” bacarırlar! Və sənin sadəlövhcəsinə “ilahi” adlandırdığın sözlə onlar bazar açıblar. Səni də şirnikləndirmək üçün həmişə bir piştaxtanı boş saxlayırlar. Amanın günüdür, sən ora cumma!

Allah bazar versin, qardaşlar!

***

Sən hələ də şeirin daşını atmamısan?! Sən də “Şeir bülbülləri”ndən biri olmaq istəyirsən?! At o daşı, qoy o daş fələklər tərəfindən bərk-bərk vurulan Mirzə Səfər darvazasına dəysin!

***

Mən niyə yazdığımı bilmirəm...

***

Axı, mən sənə demişdim: Ədəbiyyat naminə heç nə etmə! Səni aldadıblar!

***

Nizami sözə nizam verəndən sonra onu ilk irihəcmli əsəri olan “Sirlər mənbəyi”ndə (“xəzinəsi”ndə yox!) ədəb-ərkanla dəfn etdi (“meyit” anlamında yox, xəzinəni – dəfinəni necə basdırırlar, o cür) və sözün qırxını da kübarcasına verdi: 20 məqalət və 20 hekayəti ilə!

***

- Haradan gəlirsən?

- Sözün dəfnindən.

- Deməli, Nizamidən sonra söz hələ də yaşayırmış...

***

Mübariz bəy (Mübariz Örən!) deyir ki, bizdə yağış yağır. Mən də yazdım ki, bizdə hava guruldayır! Dumduru ədəbi cameə tablosu... Və ya xırda zaman fərqləri ilə şərtiliklər üzərində dayanan ədəbi dostluqlar... Gurultu yağış gətirməyə bilər. Durub gözləyirəm. Onun da gözləntisi ayrıdır. Bəlkə gözləntilərin fərqliliyidir ədəbiyyat adamlarını bir-birinə tərəf çəkən?!

***

Gur yağış altında suyun dərinliklərinə heç baş vurmusunuzmu?! Sanki eyni zamanda minlərlə əl minlərlə qapını döyür. Hansını açasan, özün də bilmirsən. Sən bilməzliyin sərməstliyini yaşayırsan...

Aldanma, ədəbiyyat suları bambaşqadı; sən dərinliklərə getdikcə üstdən sənin qapılarını bağlayırlar... Mirzə Cəlilləri, Cavidləri xatırla...

***

Mən sənə heç bir zaman deməyəcəyəm ki, yaz! Həmişə deyəcəyəm: Oxu!

***

Sən hələ də dəhşətə gəlməmisən?!

# 3677 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər