Yüksək zəka sahiblərini necə tanımaq olar? – Ən Vacib əlamətlər

Yüksək zəka sahiblərini necə tanımaq olar? – Ən Vacib əlamətlər
28 may 2019
# 18:31

Yüksək zəka dünyanı fərqli görməkdən qaynaqlanır. Bəs sadə insanlar belə admları necə tanımalıdır? Kulis.az yüksək zəka sahiblərinin mütəxəssislər tərəfindən müəyyən edilmiş ən vacib xüsusiyyətlərini təqdim edir.

1. Son dərəcə uyumludurlar – Uşaqla uşaq, böyüklə böyük yəni. Amma həmişə səbəb bu bacarıq deyil. Onlar həm də şəraiti öz istədikləri vəziyyətə uyğunlaşdıra bilirlər.

2. Analiz qabiliyyətləri güclüdür - ətrafla dil tapmaq və ona təsir etmək imkanı da elə bu qabiliyyətdən qaynaqlanır.

3. Nəyi bilmədiklərinin fərqindədirlər – Və bunu etiraf etməkdən qorxmazlar. Bilmədiyini bilmək və etiraf etmək onu öyrənmək üçün ən ciddi motivdir.

4. Ətrafa maraqları çox güclüdür – Eynşteyn deyirdi: “Xüsusi istedadım yoxdur, sadəcə hər şeyə inanılmaz şəkildə marağım var”. Zəka sahibləri heyrət hissini heç vaxt itirmirlər.

5. Açıq fikirlidirlər – Düşündüklərini gizləməzlər. Eyni zamanda qarşı tərəfin də fikirlərinə diqqət edər, düşünər, təhlil aparmağı sevərlər.

6. Yalqız qalmağı sevirlər – Bu, bəzən kənardan təəccüb doğuracaq dərəcədə qəribə görünür. Demək, özləriylə danışmağı, özləriylə təkliyi unutdurmağı, özləriylə sosiallaşmağı bacarırlar.

7. Komikdirlər – Yumor hissi həm istedad, həm zəka göstəricisidir. Mütəxəssislərin keçirdiyi bir təcrübədə karikatura çəkənlər və peşəkar komik aktyorlar daha üstün nəticə nümayiş etdiriblər.

8. Empati hissləri güclüdür – Yəni özünü qarşıdakının yerinə qoyurlar və o cür qərar verirlər.

9. Dincəlmirlər – Hər an nə iləsə məşğul olurlar. Heç məşğul olmayanda belə düşünür, analizlər aparırlar. Ona görə bəzən əsəbləri gərilir, yuxusuzluq xəstəliyinə tutulur, səhhətlərində digər problemlər yaranır.

10. Məntiqlidirlər – Təbii ki, bu da əvvəlki və indiki təcrübələrə, gələcək haqqında proqnozlara dayanır.

# 4652 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər